Jurnalistikanın təməl prinsipi obyektivlikdirsə, hamılıqla ona riayət etməliyik…

17-07-2023, 00:02           
Jurnalistikanın təməl prinsipi obyektivlikdirsə, hamılıqla ona riayət etməliyik…
Mənə çox maraqlıdır, türkiyəli turistlə bağlı yaranmış qalmaqalda Baku TV-nin Naxçıvan bürosu niyə obyektivlikdən uzaq mövqe tutaraq, cəmiyyəti çaşdırıb? Deməli, insidentdən sonra, muzeyin direktoru Rəmzi Hüseynov Naxçıvan Mədəniyyət Nazirliyinə çağrılıb.
Direktor ora gedəndə Baku TV-nin əməkdaşkarı nazirlikdə olub. Direktorun nazirlikdəki işi uzun çəkir. Bu vaxt internet televiziyasının əməkdaşları yollanır insidentin baş verdiyi Bayraq Meydanı Muzeyinə. Muzeydə onları əməkdaşlar qarşılayır, hətta kameraya açıqlama da verirlər.
Ancaq nədənsə, sonra hazırlanan reportajda muzeyin direktorunun və heç bir əməkdaşının iş yerində olmadığı və qapıların taybatay açıq olduğu ilə bağlı süjet verilir. Baku TV-nin Naxçıvandakı əməkdaşları direktorun nazirliyə çağrıldığını bildikləri, əməkdaşlardan isə açıqlama götürdükləri halda niyə sözügedən muzeydə güya özbaşınalığın hökm sürdüyü, həmin strateji qurumu sahibsiz qoyulduğu ilə bağlı saxta rəy yaratmaqla siyasi provakasiya törədən türkiyəli turisti haqlı çıxarmağa çalışıb?..
Əgər bu göstəriş Bakı TV-nin paytaxtdakı bürosundan verilibsə çox pis. Belə deyilsə, onda Naxçıvandakı büronun rəhbərinə tapşırılsın ki, həssas olan bu mövzu ilə bağlı obyektiv bir reportaj hazırlayıb ictimaiyyətə təqdim etsinlər. Jurnalistikanın təməl prinsipi obyektivlikdirsə, hamılıqla ona riayət etməliyik…
Məhəmmədəli Qəribli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.