Brüsseldən Moskvaya mesaj: “Sən söhbətini elə”

17-07-2023, 09:24           
Brüsseldən Moskvaya mesaj:
Qabil Abbasoğlu
Brüssel görüşü bütövlükdə Ermənistanla Azərbaycan arasında danışıqlar prosesi üçün
əlamətdar nəticələrlə başa çatdı. Əlbəttə, sülh sazişi və prosesin ümumi yekunu barədə
danışmaq hələ tezdir. Lakin ilk dəfədir ki, tərəflər bu sayda və bu qədər əhəmiyyətli məsələləri
bir görüş çərçivəsində müzakirə edərək, istiqamətləri müəyyən edən nəticə ortaya qoyublar.
Söhbət nələrdən gedir?
3 saat davam edən görüşdə aşağıdakı məsələlər müzakirə olunub:
Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası;

Sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi;
Nəqliyyat dəhlizlərinin açılması, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın digər hissələri
ilə nəqliyyat əlaqəsinin yaradılması;
Qanunsuz hərbi birləşmələrin Azərbaycan ərazisindən çıxarılması və onların tərk-silah edilməsi;
Laçın yolunda qaçaqmalçılıq məsələləri;
Qarabağın erməni əhalisinin Azərbaycanın tərkibində Azərbaycan Konstitusiyası və suverenliyi
çərçivəsində yaşaması;
Qərbi Azərbaycan icması və onların qayıdışı;
Humanitar daşımaların Bərdə-Ağdam istiqamətindən daşınması perspektivi.
Görüşə ev sahibliyi edən Aİ Şurasının Prezidenti Şarl Mişel nəticələr barədə danışarkən bildirib
ki, Prezident Əliyev və baş nazir Paşinyanla altıncı görüşü mühüm dövrə təsadüf edir: “Biz
Ermənistan ilə Azərbaycan arasında danışıqların ən əhatəli və mürəkkəb mərhələlərindən birini
keçirik”.
Gündəlikdəki məsələlər üzrə, müvafiq olaraq, aşağıdakı razılaşmalar əldə olunub:
– Ermənistan və Azərbaycan liderləri Ermənistanın 29,8 min kvadratkilometr, Azərbaycanın isə
86,6 min kvadratkilometr olmaqla ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdıqlarını
bir daha qəti şəkildə təsdiqləyiblər.
– Liderlər delimitasiya üçün siyasi çərçivə kimi 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə
birmənalı sadiqliklərini bir daha təsdiq ediblər. Sərhədlərin müəyyənləşdirilməsinin əsasları ilə
bağlı müzakirələrdə irəliləyiş əldə edilib.
– Tərəflər son iki ayda regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpasına yönəlmiş
müzakirələrdə də aşkar irəliləyişə nail olublar. Suverenlik, yurisdiksiya və qarşılıqlılıq
prinsiplərinə cavab verən gələcək nəqliyyat razılaşmalarının şərtləri müzakirə edilib.
Dəmir yolu xəttinin tikintisinə dərhal başlanılmalıdır, Avropa İttifaqı maliyyə töhfəsi verəcək.
– Qarabağın erməni əhalisinin vəziyyəti, Laçın dəhlizi ətrafında vəziyyətin normallaşmasına
kömək üçün mümkün konkret addımlar müzakirə olunub.
Mişel, Laçın yolunun açılmasının və Azərbaycanın Ağdamdan humanitar yardımları təmin
etmək istəyinin vacibliyini qeyd edib. Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən tibbi
təxliyənin bərpası alqışlanıb.
– Yerli əhalinin ilk növbədə hüquqlarının və təhlükəsizliyinin təmin olunması
kontekstində Avropa İttifaqının Bakı ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan
ermənilərin nümayəndələri arasında birbaşa dialoqu dəstəklədiyi bildirilib.

– Saxlanılanlar məsələsində liderlər alicənablıq anlayışına sadiqliklərini bir daha təsdiqləyiblər
və bununla da ehtiyatsızlıqdan qarşı tərəfə keçən əsgərlərin azad olunması asanlaşacaq. İtkin
düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi və minatəmizləmə üzrə əməkdaşlığın
genişləndirilməsinin vacibliyi də müzakirə olunub.
– Razılığa gəlinib ki, komandalar müzakirə olunan məsələlərin daha sonra konkret inkişafını
təmin etmək üçün sıx təmasda olacaqlar. Mişel, həmçinin Ermənistan və Azərbaycan
liderlərinə yaydan sonra Brüsseldə növbəti görüşə dəvət etmək niyyətini bildirdim. Bundan
əlavə, “Avropa siyasi birliyi”nin növbəti Zirvə toplantısı çərçivəsində Qranadada Fransa və
Almaniya liderlərinin də iştirakı ilə beştərəfli görüş təklifi də diqqətə çatdırılıb.
İlk nəzərə çarpan məqam
odur ki, qərbin vasitəçiliyi aparılan sülh danışıqları aşkar və müntəzəm xarakter alır, getdikcə
daha çox istiqamətlərlə bağlı geridönməz kurs yaranır. Görüşdən bir gün əvvəl Rusiya Xarici İşlər
Nazirliyinin yaydığı bəyanat nə qədər gözlənilən və destruktiv idisə, Brüssel görüşünün nəticələri
də o qədər açıq və qəti oldu. Görüşün nəticələri ilə bağlı açıqlamaların mənası budur ki, Avropa
Moskvaya, pardon, “sən söhbətini elə” cavabını verib. Üç ilə yaxındır bölgədə olan və
sülhməramlı missiyasından başqa hər işlə məşğul olan, siyasi və hərbi baxımdan tərəflərə
bərabər məsafədə dayanmalı olduğu halda separatçıların qoruyucu mələyinə çevrilən Rusiya hər
dəfə qərbdə keçirilən görüş ərəfəsində ya hansısa təxribata əl atır, ya da indiki kimi, “gəlin sülhü
burda bağlayaq” çağırışları edir. Yeri gəlmişkən, həmin bəyanata Azərbaycan Xarici İşlər
Nazirliyinin cavabının məhz Brüssel görüşündən dərhal sonra açıqlanması da Bakının qərbin
vasitəçiliyi ilə gedən prosesə inamının və sadiqliyinin göstəricisi oldu. Rəsmi Bakının Rusiya ilə
münasibətlərində iki ildən çoxdur qapalı saxlanılan gərginliklər artıq üzə çıxdı. Azərbaycanın
haqlı mövqeyinə beynəlxalq aləmdə dəstək çoxaldıqca, bu örtülü proses tamamilə açıq
qarşıdurmaya çevriləcək. Məhz bu prosesin gələcəkdə nə ilə nəticələnə biləcəyi ayrı mövzudur,
lakin necə deyirlər, cin şüşədən çıxıb…
Növbəti mühüm nəticə
Bakı ilə erməni sakinlər arasında danışıqların davam etdirilməsi ideyasının təkrar vurğulanması
və tərəflərin, ən çox da Paşinyanın bu məsələdə xüsusi etirazının, qeyd-şərtinin olmamasıdır.
Hazırda Xankəndidə davam edən və “müddətsiz” elan olunan mitinqlər də bu reallığın
doğurduğu mənzərədir. Miatsum ideyası iflas olub, separatizm məqsədinə çata bilmədi, keçici
və xırda istisnalara baxmayaraq, suverenlik dünyada və regionda prioritet olaraq qalır.
Üçüncü diqqətçəkən məsələ
Bakı ilə erməni sakinlərin dialoqu daha bir problemin həllinə gətirib çıxara bilər. Bu, bölgədəki
qanunsuz hərbi birləşmələrin tərksilah edilməsi və ərazidən çıxarılmasıdır. Özünü sülhməramlı
elan edən Rusiyanın bu məsələni həll etməyəcəyi artıq aydındır. Missiyanın ilk müddətinin
yarıdan çoxu arxada qalıb, lakin bu işə nəinki başlanılmayıb, hətta həmin terror dəstələrinə
“sülhməramlılar” özləri silah-sursat daşıyır, onları yeni silahlı qarşıdurmaya hazırlayırlar.

Dördüncü yekun
Azərbaycanın humanitar yüklərin Ağdamdan keçməklə daşınması təklifinin Avropa siyasi
isteblişmentində pasport almasıdır. Cəmi bir neçə gün əvvəl Bakının səsləndirdiyi bu ideyanı indi
Mişel Avropa İttifaqının adından tərəflərə təqdim edir. Bu məsələ bəlkə də yeni olduğu üçün
kimlərəsə xırda, əhəmiyyətsiz görünə bilər. Amma ötən ilin dekabrında ekofəalların aksiyası
başlayarkən dediyimiz söz burda da öz qüvvəsindədir – bu cür xırda görünən detallar bir
müddətdən sonra ciddi prosesə, ardınca isə suverenlik baxımından çox əhəmiyyətli fakta
çevrilir. Necə ki, ekoaksiya Laçında sərhəd-keçid məntəqəsinin qurulması ilə yekunlaşdı…
Digər nəticələr də var
Nəqliyyat və kommunikasiya xətlərinin açılması, Ermənistanın regional haba qoşula bilməsi
üçün fürsətlər, sərhədlərin delimitasiyası, Qərbi Azərbaycan icması ilə bağlı məsələ və digər
detallar nə qədər əhəmiyyətli olsalar da, hamısı bir amildən asılıdır – regionda prosesə ümumi
nəzarət imkanının kimin əlində olması. Əvvəl bu məsələ həll olunmalıdır və olunur. BrüsselVaşinqton xətti ardıcıllığı və obyektivliyi qoruya bilsə, Moskvanın buradakı gücü (əlbəttə,
Ukraynada apardığı işğalçı müharibədə aldığı zərbələrin də təsiri ilə) qısa zamanda tükənəcək.
Bax, ondan sonra regiondakı ermənilərin də, azərbaycanlıların da hüquq və təhlükəsizlikləri
haqqında rahat danışa biləcəyik.
pressklub.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.