`Demirören`in başımıza hördüyü QUMAR BƏLASI... - Rəsmilər NİYƏ GÖZ YUMUR?

19-07-2023, 13:28           
“Azərlotoreya”nın bir qolu olan “Poz Qazan” Azərbaycanda geniş vüsət alıb. İnsanlar cibindən çıxaran son qəpiyini bu lotoreyalara xərcləyirlər.

Onların satış məntəqələri bütün dayanacaqları, metro girişlərini, hətta marketlər şəbəkəsini zəbt edib. Bu oyun kartını alanlar arasında kişilərlə yanaşı qadınlar, hətta məktəblilər də var.

Bəs asan qazanc mənbəyi kimi bu lotoreyaya müraciət edən insanların taleyi necə olacaq? Bu təhlükədən insanları necə qoruyaq? Bu oyun ləğv oluna bilərmi?

DİA.AZ bildirir ki, hər halda bu suallara DÖVLƏTİN MÜVAFİQ QURUMLARI cavab verməlidir. O qurumlar ki, bu gün "Azərlotoreya"nı rəsmən himayə etdiyindən ölkə əhalisinin məhz kasıb təbəqəsini hədəfləyən RƏSMİ QUMARA geniş meydan tanımaqdadır.

Qeyd edək ki, neçə müddətdir bu SOSİAL BƏLA şəbəkəsi ilə bağlı təkc vətəndaşlarımızı deyil, elə rəsmilərimizi də uyarmaqdayıq. Nəticəsi olacaqmı?

Bunu zamanla görəcəyik.

NÖVBƏTİ YAZIMIZDA Azərbaycanda rəsmi qumar şəbəkəsini yönəldən əcnəbi qurumların ilginc fəaliyyətləri ilə bağlı faktları təqdim edəcəyik. Bizi izləməyə davam edin.

Məsələ ilə bağlı bütün aidiyyatı qurum və şəxslərin də mövqeyini teref.az olaraq işıqlandırmağa hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.