“Atatürk” hava limanında zərəçəkənlər arasında Azərbaycan vətəndaşı var?
29-06-2016, 10:40
AZAL rəsmisi açıqlama verdi.
İstanbulun “Atatürk” hava limanında baş vermiş terror aktı nəticəsində zərərçəkənlər arasında Azərbaycandan sərnişin və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) əməkdaşları yoxdur.
teref.az xəbər verir ki, bunu Trend-ə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.
P.Kəsəmənski əlavə edib ki, Bakı vaxtilə saat 23:30-a planlaşdırılan İstanbul-Bakı aviareysi “Atatürk” hava limanının bağlanması səbəbindən qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, hava limanındakı partlayış nəticəsində 10 nəfər ölüb, 20 nəfər yaralanıb.