Biz nədən mediada, PR-da, məlumat yaymaqda uduzuruq?!

17-08-2023, 11:24           
Biz nədən mediada, PR-da, məlumat yaymaqda uduzuruq?!
Son zamanlar dünya mediasında ermənilərin "tezisləri" önə çıxıb, səs-küyləri artıb, yalan maşınları işə düşüb, PR sahəsində qabağa keçiblər.
Yenə "etnik təmizləmə" kimi nağıllar danışırlar - halbuki, monoetnik dövlət olan da, türkləri yüzillərdir yaşadıqları torpaqlardan qovub etnik təmizləmə aparan da Ermənistandır. Beynəlxalq geo-siyasi vəziyyət, Rusiyanın Ukraynaya təcavüzü, işğalçılıq siyasəti, sepatatizm mərəzinin təhlükəsini dünyaya göstərdi, bizim mövqeləri gücləndirən hadisələr yaşandı - yaxşı, beynəlxalq hüquqa, məntiqə, faktiki vəziyyətə, rusların ikiüzlüyünə, ermənilətin aşkar cığallığına görə haqlı olan biz, bəs nədən mediada, PR-da, məlumat yaymaqda uduzuruq?!
Qərbin, Rusiyanın ermənipərst olduğunu deyib-durmayın, bu həlledici deyil - əsl səbəb odur ki, 44 günlük gözəl hərbi qələbədən sonra bizim hökumət arxayınlaşdı, müharibə dövründə apardığı effektiv media siyasətini unutdu, hər şeyi pulla ala biləcəyini düşündü, ölkəyə, xalqa qələbənin dividendlərini "daddırmadı", heç bir islahat aparmadı, mənasız yerə sərtləşdi, lazımsız mürtəce qanunlar qəbul etdi, heç bir təhlükə yaratmayan insanları həbs etdi - bax əsas problem, əsas dərd budur...
Natig Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.