Tanınmış jurnalist Cəmil Məmmədlinin məhkəməsi başlayır

17-08-2023, 08:46           
Tanınmış jurnalist Cəmil Məmmədlinin məhkəməsi başlayır
Bu gün saat 10.00-da Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə tanınmış jurnalist Cəmil Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.
Bu barədə Bakupost.az -a jurnalist özü bildirib.
Qeyd edək ki, Cəmil Məmmədli ötən il dekabrın 15-də rayon sakini C.Ağabalayevlə münaqişə zamanı onun ünvanına nalayiq ifadələr işlətmək, zor tətbiq etmək hədəsi ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək, ona əl və ayaqla xəsarətlər yetirmək və anasının bədən nahiyəsinə zərbələr endirməklə xuliqanlıq əməli törətməkdə ittiham edilir.
Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
Jurnalist Cəmil Məmmədli bu ittihamları rədd edir. Ötən gün o, ittiham aktinda adları qeyd olunan və guya pul tələb etdiyi şəxslərin sosial şəbəkələrdə səs yazısını yayıb. Səs yazısında həmin şəxslər istintaqda Cəmil Məmmədlinin onlardan pul tələb etdiyi barədə ifadə vermədiklərini bildirirlər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.