Əliyev və Sarkisyan Varşavada görüşə bilər

8-07-2016, 11:26           
Əliyev və Sarkisyan Varşavada görüşə bilər
Bu gün Ermənistan prezidenti Serj Sarkisyan Polşanın paytaxtı Varşavaya səfərə gedir.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Səfərin məqsədi NATO-nun sammitində iştirak etməkdir. Varşavaya səfər zamanı Serj Sarkisyanın ikitərəfli görüşlər keçirəcəyi bildirilir.

Erməni KİV-lərin yaydığı məlumata görə, Azərbaycan və Ermənistan prezidentləri Varşavada NATO sammiti çərçivəsində görüşə bilərlər.

Rəsmi qurumlar tərəfindən bu görüşün baş tutub-tutmaycağı haqda rəsmi açıqlama verilməyib.

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik isə bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Varşavada keçirilən NATO sammiti çərçivəsində müzakirə olunacaq.

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin davam etdirilməsi üçün NATO sammiti yaxşı imkandır”, deyə Uorlik bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru