İşləyən ƏLİLLƏRƏ qarşı: əmək münasibətləri qanuni, əsaslı, ədalətli və humanist olmalıdır.
19-09-2023, 15:24
Son dövrlərdə qanuni və ya qanunsuz, əsaslı və ya əsassız, bir çox hallarda: qərəzli olaraq - işləyən əlillərə qarşı ədalətsiz münasibətlər göstərilir və işdən azad olunurlar.
Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinə də - mütamadi olaraq şikayətlər daxil olur.
Fikrimcə, əlillərə qarşı qərar qəbul edərkən, onların vəziyyətində olmasan belə, hər bir vəzifəli şəxs: daha həssas olan bu işçilərə qarşı ədalətli olub, qanuni və humanist qərar verməyi bacarmalıdır.
İşləyən əlillər: könüllü, arzu və istəkləri, əmək funksiyalarını yerinə yetirməməklə, əmək vəzifələrini gobud surətdə pozma, bilik və peşəkarlıqlarının az olması, müəssisə və ya iş yoldaşlarına ziyan vurmaqla deyil - əksər hallarda əmək qabiliyyətini itirdikdən sonra və ya əmək qabiliyyətini tamamilə itirdikdən sonra işdən azad olunurlar. Bu da onsuz da maddi vəziyyəti ağır olan, ağır və bahalı müayinə və müalicə alan əlillərin vəziyyətini daha da ağırlaşdırır, onları çətin maddi, fiziki və mənəvi vəziyyətdə qoyur. Əlillərin: onsuz da dərdləri, əziyyətləri, ağrıları, mənəvi və s. ağrıları onsuz da çoxdur. Bu vəziyyətdə onları qanunsuz yollarla - işdən azad etmək isə heç bir insanı keyfiyyətlərə sığmır.
Azərbaycan Respublikasının qanunvericiliyi də işləyən əlillərə qarşı əmək münasibətləri: "qanuni, əsaslı, ədalətli, humanist olmalıdlr" kimi maddi hüquq normalarını nəzərdə tutur
Azərbaycan Respublikasının qanunvericiliyi işləyən əlillər üçün müəssisələrdə: İşçilərin ümumi sayının 2.5 faizi həcmində məcburi kvota nəzərdə tutur.
Sual olunur? Nədən və hansı əsaslara görə: işçilərin əmək hüquqlarını müdafiə edən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi - ƏLİLLƏRLƏ bağlanmış Əmək müqaviləsinin ləğvini bir çox işçilərə qarşı əsassız və qanunsuz hesab edir? İzahımız:
1. Əlbəttə, bir hüquq müdafiə təşkilatı kimi Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi: ƏLİLLƏRLƏ bağlanmış Əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 189 saylı qərarı ilə nəzərdə tutuan qaydada xitam verilməsinə etiraz etmir. LAKİN:
2. Aşağıda göstərilən normativ hüquqi aktlar da təsdiq edir ki, Əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar - Tibbi Sosial Ekspert Komissiyasının qərarı olduqda,əmək müqaviləsi ləğv edilə bilər. Əgər belədirsə və işçi həqiqətəndə və qanunla nəzərdə tutulan qaydada əmək qabiliyyətini itiribsə, hansı əsasla həmin vaxtda, yəni, 10-30 il əvvəl əmək qabiliyyətini tam itirdikləri vaxt onlarla bağlanmış əmək müqavilələri ləğv edilməyib?
3. Təşkilata edilən müraciətlər, araşdırmalar, təqdim edilən sənədlər, o cümlədən Tibbi Sosial Ekspert Komissiyasının qərarları da təsdiq edir ki, bu işçilər artıq 10, 20 və ya 30 ildən çox olan müddətdə əmək qabiliyyətini itiriblər, bəziləri tam, əksəriyyəti də qismən.
4. Bu işçilərin demək olar ki, əksəriyyəti artıq uzun müddətdir ki, əlillik qrupları-müddətsiz olub, bəziləri tam, əksəriyyəti isə qismən əmək qabiliyyətli olublar. SUAL OLUNUR?
5. 10-30 il müddət əvvəl Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə - Müddətsiz qismən ƏMƏK QABİLİYYƏTLİ olan bu işçilərlə, hansı QANUN və əsaslarla əmək müqavilələri ləğv edilir? İŞLƏMƏK HÜQUQLARI olduğu halda.
6. Hansı əsasla aşağıda göstərilən normativ hüquqi aktların tələbləri pozulmaqla, işçilərlə bağlanmış əmək müqaviləlıri ləğv edilir?
7. Digər bir hal. Əgər 10 -30 il müddət əvvəl Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə -işçilərin müəyyən hissəsinə MÜDDƏTSİZ əmək qabiliyyəti olmayan - işçilər kimi rəy verilibsə, hansı QANUN və əsaslarla onlarla bağlanmış əmək müqavilələri - hansı səbəb və əsaslardan ləğv EDİLMƏYİB? İŞLƏMƏK HÜQUQLARI OLMADIQLARI HALDA .
8. Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə 10-30 il əvvəl bu işçilərə qarşı - ƏMƏK qabiliyyəti olmayan işçi kimi rəy verilibsə, bu işçilər hansı əsas və qanunla uzun müddət işlədilib? Bu Azərbaycan Respublikası Əmək Məcəlləsinin KOBUD SURƏTDƏ POZULMASI DEYİLMİ? Bu hallara YOL VERƏN MÜƏSSİSƏ RƏHBƏRİ və MƏSUL vəzifəli Şəxslər nədən müvafiq məsuliyyətə cəlb olunmayıb? Əmək Məcəlləsinin tələblərini pozan, əmək qabiliyyəti olmayan işçiləri işlədən VƏZİFƏLİ ŞƏXSLƏR NƏ üçün: maddi, mənəvi, intizam, İNZİBATI və ya CİNAYƏT məsuliyyətinə cəlb OLUNMAYIB.
9. Bir daha qeyd edirəm: 10-30 il əvvəl Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə - müddətsiz qismən əmək qabiliyyətli olan bu işçilərlə Əmək müqaviləsinin ləğv edilməsi ƏMƏK MƏCƏLLƏSİNİN tələblərinin KOBUD SURƏTDƏ POZULMASIDIR. Bu halda əlillərin İŞLƏMƏK HÜQUQLARI OLDUĞU HALDA.
Əmək qanunvericiliyi: işləyən əlillərlə- əmək müqaviləsinin ləğvini necə və hansı qaydada nəzərdə tutur?
10. İşləyən əlillərlə əmək müqaviləsinin ləğvi: əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 189 saylı qərarı ilə tənzimlənir.
11.Bu normativ hüquqi aktlara əsasən İşləyən əlillər:“Uzun müddət xəstə olanlar əmək qabiliyyəti itirildiyi gündən başlayıb, xəstələnmə müddəti son 12 ay ərzində ümumiyyətlə, yaxud ardıcıl (eyni xəstəlik üzrə) 6 aydan çox olduqda, yoxlanmaq üçün tibbi sosial ekspert komissiyasına göndərilir.”
12. Qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə bu əsasla işçinin əmək müqaviləsi ləğv edilə bilər.
13.Əmək qabiliyyətinin tam itirilməsi - Tibbi Sosial Ekspert Komissiyasının rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə,Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz.
ÇOX TƏSSÜF Kİ, BƏZİ İŞƏGÖTÜRƏNLƏR ƏMƏK MƏCƏLLƏSİNİN BU TƏLƏBLƏRİNƏ ƏMƏL ETMİRLƏR.
14. Əmək müqaviləsinə-əmək qabiliyyətinin tam itirilməsi əsası ilə xitam verildikdə, bu halkarda işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir.
İşləməklə bağlı əlillər barədə qanunsuz qərar verən işəgötürənlərin bu barədə olan arqumentlərinə biri odur ki, bu əlilliklə bağlı son dövrlərdə Nazirlər Kabinetinin qərarı ilə edilən dəyişiklik göstərilir. Bununla əlaqədar bildirirım ki:
15. Əlilliklə bağlı Nazirlər Kabinetinin qərarı ilə edilən dəyişikliklərdə - əlilliklə bağlı, yəni, bu əsasla əmək müqaviləsinin ləğv edilməsində hər hansı bir dəyişiklik yoxdur.
16. Əmək Məcəlləsi - AR-sı Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilmiş qanunvericilik sisteminin tərkib hissəsi olub, AR-nın bütün ərazisində birbaşa hüquqi qüvvəyə malikdir. Əmək Məcəlləsinin tətbiqi zamanı əmək müqaviləsinin tərəflərinin hüquqlarının və mənafelərinin müdafiə olunmasını təmin edən, onların məsuliyyətə cəlb olunmasını istisna edən və ya yüngülləşdirən müddəaların qüvvəsinin geriyə şamil edilməsinə yol verilir.
17. Heç olmasa: Əmək Məcəlləsinin 12-ci maddəsini, yəni, sizin üçün məsuliyyət və vəzifə, işçilər üçün hüquqlu olan maddəni -ƏLİLLƏRƏ qarşı tədbiq edin:
18.İşəgötürən: işçilərin əmək, maddi, sosial, məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görməlidir.
Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək.
Azer Quliyev. Hüquqşünas
Teref.az