“Zəngəzur dəhlizinin eni 6 km olacaq” - İranlı ekspert

Bu gün, 12:59           
“Zəngəzur dəhlizinin eni 6 km olacaq” - İranlı ekspert
“İran mənbələrinin məlumatına görə, Zəngəzur dəhlizinin eni 6 km olacaq və Türkiyənin cənub-şərqindəki “David dəhlizi” ilə birləşdiriləcək”.

TEREF xəbər verir ki, bu iddia ilə İrandakı anti-Azərbaycan qrupunun üzvlərindən biri olan ekspert Əhməd Kazemi çıxış edib.

Onun sözlərinə görə, sülh sazişi gələn il imzalanacaq.

“Əbu-Dabidə əldə olunmuş razılaşmalara əsasən, yekun sənədin 2026-cı il aprelin 24-də ABŞ prezidenti Donald Trampın iştirakı ilə İstanbulda imzalanması planlaşdırılır”.

Kazemi bundan başqa digər bir iddiasını da dilə gətirib: “Dəhliz doqquz iştirakçıdan ibarət beynəlxalq investisiya konsorsiumu tərəfindən idarə olunacaq. Gəlir aşağıdakı kimi bölüşdürülür: 40%- ABŞ, 30%- Ermənistan və Azərbaycan, qalan 30%-i isə hələ dəqiqləşməyib”./Redaktor.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru