42 mindən çox ABŞ istifadəçisi "Starlink" peyk rabitə sistemindəki problemlərdən şikayətlənib.
Oxu.Az xəbər verir ki, bunu "Downdetector" xidmətinin məlumatları sübut edir.
Məlumatlara görə, problem bildirən insanların 60%-i internetin kəsilməsindən, 38%-i əlaqənin tam dayandırılmasından, 2%-i isə şəbəkəyə qoşulmaqla bağlı çətinliklərdən şikayət edib.
ABŞ-dən başqa, Böyük Britaniyada da "Starlink"in fəaliyyətində fasilələr qeydə alınıb.