Elektrik şarj stansiyaları havanı çirkləndirir

Bu gün, 15:08           
Elektrik şarj stansiyaları havanı çirkləndirir
Elektrik və hibrid avtomobilləri şarj etmək üçün nəzərdə tutulmuş stansiyaların ərazisində havanın adi yanacaqdoldurma məntəqələrinə nisbətən daha çirkli olduğu müəyyən edilib.
Bu barədə "Automotive News" Los-Ancelesdəki Kaliforniya Universitetinin tədqiqatçılarına istinadən məlumat yayıb.

Tədqiqatçılar Kaliforniyada elektromobillər üçün 50 sürətli enerji doldurma stansiyasında havanın tərkibini təhlil ediblər. Nəticələr göstərib ki, havada çirkli mikrohissəciklərin konsentrasiyası hər kubmetr üçün 15,2 mikroqram təşkil edib ki, bu da ÜST-nin hava keyfiyyəti standartlarından daha yüksəkdir.

Elm adamlarının fikrincə, problemi həll etmək mümkündür, lakin bunun üçün şarj şəbəkəsi operatorlarının səyləri tələb olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru