Akademik Azad Mirzəcanzadənin doğum günüdür

29-09-2023, 10:39           
Akademik Azad Mirzəcanzadənin doğum günüdür
Akademik Azad Mirzəcanzadənin doğum günüdür bu gün! Böyüklərin öz rabitələri olur, deyirlər. Onların kimliyini elə onlar anlar…
Bu, onun Elçibəylə bağlı müsahibəsindən bir parçadır…
– Elçibəy... Belədir, adam var bir az keçir, rus dilini öyrənir, sonra ingilis dili, nə bilim kompüteri. Bir də görürsən ki, tamam dəyişdi. Elçibəy heç vaxt dəyişmədi. Həmişə azərbaycanlılığını, milliliyini, torpağa bağlılığını özündə yaşatdı və qorudu. Mən demişəm, ELÇİBƏY ƏSRİN – XX ƏSRİN ADAMIDIR.
– Elçibəyi bir alim kimi qiymətləndirməyiniz bütün oxucular üçün önəmlidir. Bizə deyə bilmədiyi, bəlkə vaxtı gələndə üzə çıxaracağı bir elm əsəri...
– ELÇİBƏYİN ÖZÜ ƏN BÖYÜK ELMDİR. Nəyi ilə, öz davranışı, öz tərbiyəsi, öz əxlaqı ilə. Onun keçdiyi həyat yolu başdan ayağa elmdir. Bu elmi hər birimizə öyrənmək lazımdır.
Əli Həziquliyev
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru