Sülh müqaviləsinin nə vaxt imzalancaq? – Deputat tarix AÇIQLADI

29-09-2023, 09:17           
Sülh müqaviləsinin nə vaxt imzalancaq? –
Oktyabrın 5-də İspaniyanın cənubunda yerləşən Qranada şəhərində Avropa Siyasi Birliyinin növbəti zirvə toplantısı keçiriləcək. Zirvə toplantısı çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşü nəzərdə tutulub. İlham Əliyev və Nikol Paşinyanın görüşü Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə baş tutacaq. Bir çoxları bu görüşdən sonra sülh müqaviləsinin imzalanacağını düşünür. Bu barədə Referans.az-a danışan millət vəkili Fazil Mustafa bu prosesin təxminən il sonunda yekunlaşacağını qeyd edib.

“Belə tezliklə hər hansı bir sənədin qəbul olunması inandırıcı gəlmir. Çünki Qarabağdakı ermənilərin Ermənistan ərazisində məskunlaşması prosesinin ilkin mərhələsidir. Orada nə qədər erməninin yaşayacağı, onlarla bağlı müəyyən proseslərin psixoloji tərəfinin yekunlaşması gözlənəcək. Əlavə olaraq Qarabağdan gedən ermənilərin hansı davranış tərzi sərgiləməsi də Ermənistan hökuməti üçün prioritet məsələlərdən biridir. Birinci növbədə onların yerləşməsi, inteqrasiyası üzərində ciddi işlər görülməlidir. Ancaq Qranada görüşündə sülh müqaviləsinin konturları müəyyən oluna bilər. Çünki Ermənistan artıq bu istiqamətdə addımlar atmağa məcburdur. Bu addımları gecikdirmək Ermənistanın böyük bir sıxıntı içinə girməsinə səbəb olacaq və bunu dayandırmaq çətin olar. Ona görə də, bu görüşdə sülh müqaviləsinə kifayət qədər yaxınlaşmağı biz müşahidə edəcəyik. Çünki 20 sentyabrdan sonra yeni reallıqlar ortaya çıxıb və bu reallıqları qəbul etməyə məcbur olan Ermənistan mütləq şəkildə sülh müqaviləsinin imzalanmasına və sərhədlərin tanınmasına özü təşəbbüskar olmalıdır. Bu müzakirələr tədricən daha intensiv xarakter alacaq və çox güman ki, ilin sonuna proseslərin yekunlaşmasını proqnozlaşdırmaq olar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru