Fransadan siyasi sığınacaq alan Məhəmməd Mirzəli "Le Fiagro" qəzetinə nələr danışıb - Bu qədərdə şərəfsizlik olmaz...

2-10-2023, 00:54           
Fransadan siyasi sığınacaq alan Məhəmməd Mirzəli "Le Fiagro" qəzetinə nələr danışıb -
Fransadan siyasi sığınacaq alan Məhəmməd Mirzəli "Le Fiagro" qəzetinə verdiyi açıqlamasında Azərbaycanın əleyhinə ermənilərdən betər danışıb:
"Telegram kanallarında (çox vaxt dövlət tərəfindən öz trol fermaları vasitəsilə idarə olunur) müharibə veteranları utanmadan erməni əsgərlərinin və mülki şəxslərin başlarını kəsməklə, onlara bədən cəzası verməklə öyünürlər. Artıq 2020-ci ildə bir çox Azərbaycan əsgəri müharibədən barmağı ilə, daha çox isə kubok kimi evlərinə apardığı erməni qulağı ilə qayıdıb. Əsgərlərinin cəsədlərini tapan ermənilərdən soruşun: çoxları sizə deyəcək ki, baş olmasa, qulaq yoxdur... Və biz bu görüntüləri hər yerdə, o cümlədən dövlət mediasında görə bilərik!
Bəzən İslam adına bu vəhşiliklər edilir. Məsələn, bəzi videolarda Azərbaycan əsgərlərinin dinc əhalinin başını kəsdiyini və ya erməni əsgərlərinin “Allahu Əkbər” qışqırdığını görürük. Bunlar İraq və ya Suriyadakı İŞİD-in eyni üsullarıdır. Üstəlik, 2020-ci ildə türklər ermənilərlə döyüşmək üçün Suriyadan muzdlu əsgərlər çağırıb. Bunun birdən çox sübutu var...
Ölkəmdə ermənilərə nifrət son illər pik həddə çatıb. Yoxsulluq və işsizlik kimi bütün daxili problemlərə baxmayaraq, prezident Əliyev yalnız ermənilərdən danışır. Onun YouTube kanalına baxın, bu yeganə mövzudur! Və bu nifrəti balacalara da aşılayır".
Heyder Oguz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.