Azərbaycanlı iş adamının Rusiyada saxlanılması ilə bağlı YENİ DETALLAR
Bu gün, 09:58
Xəbər verdiyimiz kimi, Azərbaycan diasporunun rəhbəri və Voronej bazarının sahibi Yusif Xəlilov həbs olunub.
Globalinfo.az xəbərinə görə, hüquq-mühafizə orqanları onun bu ilin martında oğlunun hərbi xidmətə çağırılmaması üçün həkimə 330 min rubl verdiyini iddia edir.
Qeyd olunub ki, pulun bir hissəsi vasitəçi üzərindən, 100 min rublluq hissəsi isə birbaşa karta köçürülüb.
Qeyd edək ki, iyulun 1-də xüsusi təyinatlılar Xəlilovun evində axtarış aparıblar. Təhlükəsizlik qüvvələri onun telefonunda sübut tapdıqlarını bildiriblər. Hazırda o, ifadə verməkdən imtina edib və təqsirini qəbul etmir.
Xəlilova qarşı rüşvət vermə və deportasiya ilə bağlı ittiham irəli sürülüb. Onu 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.