"Çünki Mehriban Ələkbərzadənin vəzifəsi, aldığı fəxri adlar, arxasında dayanan vəzifəli dostları və rəfiqələri var" - QALMAQAL

Bu gün, 00:07           
"Çünki Mehriban Ələkbərzadənin vəzifəsi, aldığı fəxri adlar, arxasında dayanan vəzifəli dostları və rəfiqələri var" - QALMAQAL
Əməkdar artist Mehriban Xanlarova ilə Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə arasında baş vermiş qalmaqal yenidən alovlanıb.

Musavat.com xəbər verir ki, aktrisa Mehriban Ələkbərzadə haqqında növbəti dəfə paylaşım edib:

“Mehriban Ələkbərzadə şəhid qızını və şəhid atasını ağıza alınmayacaq söyüşlə təhqir edib! Bu hadisənin canlı şahidləri mövcuddur və hazırda hadisə ilə bağlı istintaq aparılır. Mədəniyyət Nazirliyi də bu hadisədən xəbərdardır. Amma çox təəssüf ki, indiyə qədər heç bir tədbir görülmür... Hər şeyə göz yumulur, üstü ört-basdır edilir! Çünki Mehriban Ələkbərzadənin vəzifəsi, aldığı fəxri adlar, arxasında dayanan vəzifəli dostları və rəfiqələri var. Elə bu səbəbdən ona hər cür qanunsuzluğu, hər cür hörmətsizliyi etmək imkanları yaradılır. Nəticədə ədalət susdurulur, haqsızlıq isə qorunub saxlanılır! Bu hadisəni gündəmdə saxladığım üçün məni susdurmaq məqsədilə hər yola əl atırlar! Amma bilsinlər ki, haqq-ədalət öz yerini tapana qədər geri addım atmayacam!”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru