Rusiya Yusif Xəlilovu həbs etdi – Azərbaycan diasporuna hücumlar şiddətlənir

Bu gün, 07:14           
Rusiya Yusif Xəlilovu həbs etdi –
Rusiyanın Voronej şəhərində azərbaycanlı diaspor rəhbəri, eyni zamanda şəhərin ən böyük bazarının sahibi Yusif Xəlilov saxlanılıb.

Rus mediasının məlumatına görə, istintaq iddia edir ki, o, bu ilin martında oğlunu hərbi xidmətə aparmamaq üçün həkimə 330 min rubl rüşvət verib. Məbləğin bir hissəsinin vasitəçi ilə çatdırıldığı, qalan 100 min rublun isə karta köçürüldüyü bildirilir.

Məlumata görə, Yusif Xəlilov istintaqa ifadə verməkdən imtina edib və günahını qəbul etmir. Onun barəsində 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə və deportasiya təhlükəsi mövcuddur.

Xatırladaq ki, bundan əvvəl də Rusiyanın Ural bölgəsində Azərbaycan diasporunun digər nüfuzlu nümayəndəsi Şahin Şıxlinski və onun oğlu saxlanılmışdı. İndi isə Voronejdən gələn bu xəbər Rusiyanın Azərbaycan diasporuna qarşı ardıcıl repressiya siyasətinin davamı kimi görünür.

Aydın olur ki, Moskva azərbaycanlı diaspor liderlərini bir-bir hədəfə alaraq onları cinayət ittihamları ilə neytrallaşdırmaq, nüfuzlarını sarsıtmaq və ictimai fəaliyyətlərini tamamilə zəiflətmək xəttini izləyir. Bu, həm də Rusiyanın ölkədə yaşayan milyonlarla azərbaycanlıya açıq mesajıdır: diaspor təşkilatlanması və təsir imkanları Kreml üçün qəbuledilməzdir.

Son həbslər göstərir ki, Rusiyanın azərbaycanlılara qarşı təzyiq siyasəti sistemli xarakter daşıyır və məqsəd yalnız fərdləri cəzalandırmaq deyil, bütövlükdə diaspor hərəkatını ləkələmək və sıradan çıxarmaqdır.

Qeyd edək ki, Y.Xəlilov ilk dəfə iyulun 1-də saxlanılıb, daha sonra əməliyyat tədbirləri həyata keçirildikdən sonra iş adamı sərbəst buraxılıb. O, Voronejdə yerləşən Alekseevski bazarının ortaq sahibidir.

//Samir Qurbanov, Editor.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru