2018-ci ildə Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov azadlığa çıxıb.
TEREF xəbər verir ki, bu barədə "Gununsesi.info” Dəmirova yaxın mənbələrə istinadla xəbər yayıb.
Bildirilir ki, Gözəl Dəmirovun azadlığa çıxmasına səbəb olaraq onun onkoloji xəstəlikdən əziyyət çəkməsi göstərilib. Amma bəlli olub ki, Gözəl Dəmirov azadlığa çıxdıqdan sonra ev həbsindən yayınaraq Türkiyəni tərk edib. Sayt özəl mənbələrə istinadla idda edir ki, Dəmirovun onkoloji xəstə olmasına dair deyilənlər həqiqətdən uzaqdır. Belə ki, o, Belarusda yaşasa da, davamlı olaraq Azərbaycanda olur. Dəmirovun hər iki ölkədə biznes fəaliyyətini aktiv şəkildə davam etdirdiyi deyilir.