Danışıqlardan sonra Aİ onlayn toplanacaq Bu gün, 00:13 Avqustun 19-da Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlardan sonra Aİ-nin videokonfrans rejimində fövqəladə sammiti keçiriləcək.Bu barədə Avropa Şurasının rəhbəri Antonio Koşta “X” sosial şəbəkəsində məlumat verib.“Mən Vaşinqtondakı danışıqların nəticələri barədə Aİ liderlərini məlumatlandırmaq üçün Avropa Şurasının videokonfransını çağırmışam”, - Koşta yazıb.O, həmçinin Aİ-nin ABŞ-lə birlikdə Ukrayna üçün uzunmüddətli sülh və təhlükəsizlik təminatlarına nail olmaq üçün çalışacağına ümid etdiyini bildirib. Facebook-da paylaş