Ukrayna ərazi güzəştlərini rədd etdi, atəşkəsi ilk şərt kimi irəli sürdü – “Financial Times” yazır

Bu gün, 07:26           
Ukrayna ərazi güzəştlərini rədd etdi, atəşkəsi ilk şərt kimi irəli sürdü –
Ukraynanın Ağ Evə təqdim etdiyi sənədin detalları...

Musavat.com xəbər verir ki, Financial Times nəşri Ukrayna nümayəndə heyətinin ABŞ prezidenti Donald Trampla danışıqlara gətirdiyi sənədin məzmununu açıqlayıb.

Sənəddə qeyd olunub ki, “dayanıqlı sülh Putinə güzəştlər və hədiyyələr hesabına deyil, gələcək aqressiyanın qarşısını alacaq güclü təhlükəsizlik sisteminə əsaslanmalıdır”.

Ukrayna tərəfi vurğulayıb ki, Rusiya potensial sülh sazişinə ciddi yanaşmır və ABŞ prezidenti Donald Trampın liderlik rolunu aşağı qiymətləndirir.

Sənədin əsas məqamları:

▪️ Ukrayna atəşkəsin tammiqyaslı sülh sazişinə aparan ilk addım olmasında israr edir;
▪️ Rusiya ilə ərazi güzəştlərinə getməyəcək və Donbasdan qoşunların çıxarılması müqabilində cəbhənin dondurulmasına razı olmayacaq;
▪️ Moskvanın əvvəlcə ərazi məsələlərini “həll etmək” cəhdləri Ukraynanın gələcək təhlükəsizliyini təmin etməyəcək, əksinə, Rusiya üçün yeni hücum meydanı yaradacaq;
▪️ Ukrayna Rusiyanın müharibə nəticəsində vurduğu ziyana görə kompensasiya ödəməsini tələb edir (təxminən 300 milyard dollar dəyərində dondurulmuş aktivlər hesabına);
▪️ Rusiya üzərindən sanksiyaların qaldırılması yalnız onun saziş öhdəliklərinə sadiq qalması ilə şərtləndirilməlidir;
▪️ Ukrayna ABŞ-dan 100 milyard dollarlıq silah alışı (Avropa maliyyələşdirməsi ilə) və əlavə olaraq 50 milyard dollarlıq pilotsuz uçuş aparatlarının istehsalında ABŞ ilə əməkdaşlıq təklifi irəli sürüb.

Sənədin detalları göstərir ki, Kiyev güzəştə əsaslanan “sülh variantını” qəbul etmir və yalnız təhlükəsizlik zəmanətləri ilə müşayiət olunan, kompensasiyaları nəzərdə tutan sazişi müzakirəyə açıqdır.

***

Musavat.com xəbər verir ki, Ukrayna rəhbərliyi Rusiya ilə hər hansı sazişi, o cümlədən ərazi güzəştlərini qəbul etməyəcəyini bəyan edib. “Financial Times” yazır ki, Kiyev sülh prosesində ilk addım kimi atəşkəsin əldə olunmasında israrlıdır.

Məlumata görə, Ukrayna ABŞ-dan təhlükəsizlik zəmanətləri əldə etmək müqabilində Avropanın maliyyələşdirməsi ilə 100 milyard dollar dəyərində Amerika silahları alacağına söz verib.

Bundan əlavə, Kiyev və Vaşinqton arasında 50 milyard dollarlıq sazişin imzalanacağı gözlənilir. Bu razılaşmaya əsasən, pilotsuz uçuş aparatlarının istehsalı Ukrayna şirkətləri tərəfindən həyata keçiriləcək.

FT qeyd edir ki, bu razılaşmalar həm Ukraynanın müdafiə qabiliyyətini gücləndirməyi, həm də ABŞ-la hərbi-strateji əməkdaşlığı dərinləşdirməyi hədəfləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru