Aysun anası ilə bağlı VİDEOMÜRACİƏT etdi

Bu gün, 00:14           
Aysun anası ilə bağlı VİDEOMÜRACİƏT etdi
Müğənni Aysun İsmayılova anası Rəqsanə İsmayılovanın azadlığa buraxılması üçün Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

Globalinfo.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Anam Rəqsanə İsmayılova hazırda həbsdədir. O, bizim üçün yalnız sənətçi deyil, həm də 4 övlad anasıdır. Ən böyük istəyimiz, ehtiyacımız anamızın yanımızda olmağı, nəfəsini, sevgisini, qayğısını hiss etməkdir. Cənab Prezident, anam bütün ömrünü Azərbaycan incəsənətinə həsr edib. Həm ölkəmizdə, həm də xaricdə incəsənətimizi təmsil edib”.

Qeyd edək ki, Rəqsanə xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur. Onun haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru