Fon der Lyayen: "ABŞ və Avropa Ukrayna üçün güclü təhlükəsizlik zəmanətləri hazırlayacaqlar"
Bu gün, 10:11
"Avropa İttifaqı və ABŞ Ukrayna üçün güclü təhlükəsizlik zəmanətləri hazırlayacaqlar".
Oxu.Az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə görüşdən sonra bildirib.
"Bu, uzunmüddətli və dayanıqlı sülhün əldə olunması üçün Ukraynaya güclü təhlükəsizlik zəmanətlərinin hazırlanmasında vacib bir addımdır", - deyə o "X" hesabında yazıb.