“Hər il təmir işlərinə xərclər artır, amma təhsilin inkişafı yaxşılaşmır”

Bu gün, 00:11           
“Hər il təmir işlərinə xərclər artır, amma təhsilin inkişafı yaxşılaşmır”
“Universitetlərin publik hüquqi şəxs olmadan əvvəl güclü investisiya qoyulmalıdır. 2007-ci ildə Xaricdə Təhsil Dövlət Proqramına ayrılan 1 milyard dolların universitetlərə yönəldilməsi təklif edilmişdi ki, universitetlər inkişaf etsin və gələcəkdə xaricdən tələbələr gəlmək imkanına malik olsunlar. O vaxt universitetlərin insan kapitalı yaxşı vəziyyətdə idi; müəllimlər repetitorluq etmədən elmi fəaliyyətlə məşğul ola bilərdi.

Bunu Gununsesi.info-ya dosent İlham Əhmədov bildirib:

“Bugünkü vəziyyətə gəlincə, qiymətlər təxminən 10% artıb, amma Tibb Universiteti təhsil haqqını 50% artırıb. Azərbaycanda valideynlərin maddi imkanları 6 500 manat təhsil haqqını ödəməyə kifayət etmir.

Valideynlər düşünür ki, bu məbləğ universitetin verdiyi təhsilin keyfiyyəti ilə uyğun deyil. Universitet isə hesab edir ki, keyfiyyətli təhsil ucuz qiymətə mümkün deyil, bu isə təhsil haqqının artırılmasını tələb edir.

Bundan da təbii ki, ilk növbədə ziyanı valideynlər çəkir. Həmçinin, büdcənin israfına ciddi ictimai nəzarət təmin olunmalıdır”.

Dosentin fikrincə təhsildə xərclər tez-tez ictimaiyyətin nəzarətindən kənarda qalır:

“Sovet dövründə universitetlər 10 ildə bir dəfə təmir olunurdu və vəsait müəllimlərin ixtisasının artırılmasına, dərsliklərin yazılmasına, elmi ezamiyyətlərə, konfranslara, laboratoriyaların zənginləşdirilməsinə yönəldilirdi. İndi isə hər il təmir işlərinə xərclər artır, amma universitetin inkişafı və təhsilin keyfiyyəti kifayət qədər yaxşılaşmır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru