Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu idarəsi maliyyə sanksiyası tətbiq olunan şirkətlə müqavilə bağlayıb

Bu gün, 10:28           
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu idarəsi maliyyə sanksiyası tətbiq olunan şirkətlə müqavilə bağlayıb
Ekologiya Nazirliyi ilan zəhəri əleyhinə zərdab və tibbi yardım çantaları alacaq

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti “NORD STAR PHARMA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ilan zəhəri əleyhinə zərdab və ilkin tibbi yardım çantalarının alınması üzrə müqavilə bağlayıb.

32gun.az xəbər verir ki, Müqavilənin məbləği 14 min 726 manat 40 qəpik təşkil edir. Satınalınacaq məhsullar arasında ilan zəhəri əleyhinə zərdab və ilkin tibbi yardım çantaları yer alır.

Qalib şirkət barədə əldə etdiyimiz digər məlumata görə, operativ vergi nəzarəti üzrə – əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması səbəbindən şirkətə 1000 manat maliyyə sanksiyası tətbiq edilib.

Nizamnamə kapitalı 1000 manat olan “NORD STAR PHARMA”nın qanuni təmsilçisi Cəmil Məmmədov Kamal oğludur.

Xatırladaq ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi isə Xaliq Mirzəyevdir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru