Tarixin ən bahalı və milyardlıq boşanmaları
Bu gün, 10:44

Bəzi boşanmalar yalnız şəxsi həyat üçün deyil, həm də tarixin ən böyük maliyyə hadisələrindən biri olur. Dünyanın ən zəngin və nüfuzlu şəxslərinin evlilikləri sona çatdıqda, ödənilən təminatlar milyardlarla dolları əhatə edir.
Valyuta.az sizə tarixin ən bahalı boşanmalarını təqdim edir.
Bill və Melinda Gates (2021) – Təxminən 27 il evlilikdən sonra anlaşılmazlıq səbəbindən boşanıblar. Bu boşanmada Melinda Gates əhəmiyyətli bir sərvət alıb. Dəqiq məbləğ qeyri-rəsmi olaraq 76 milyard dollara olaraq qiymətləndirilir.
Jeff Bezos və MacKenzie Scott (2019) – Fərli maraqlar və şəxsi maraqlar səbəbindən 25 illik evlilikdən sonra boşanıblar. MacKenzie Scott, Amazon-un səhmlərinin təxminən 4%-ni aldı. Buda təxminən 38 milyard dollar edir.
Alec Wildenstein və Jocelyn Wildenstein (1999) - Jocelyn Wildenstein, sənət aləmində tanınmış bir şəxs olan əri Alec Wildenstein ilə 20 il evlilikdən sonra boşanıb. Boşanmada təxmini olaraq 3.8 milyard dollar məbləğində təzminat ödənib.
Rupert Murdoch və Anna Murdoch (1999) – Şəxsi həyatlarda uyğunsuzluqlar yarandığı üçün 32 illik evliliklərini bitirməli olublar. Rupert Murdoch Anna Murdoch-a təxminən 1.7 milyard dollar təzminat ödəyib.
Michael Jordan və Juanita Vanoy (2006) – 17 illik münasibətdən sonra evlilikləri sona çatıb. Michael Jordan Juantia Vanoy-a 168 milyon dollar təzminat ödəyib.
Jeff Bezos, Bill Gates, Michael Jordan və digər zənginlərin boşanma müqavilələri ilk baxışda fantastik məbləğlər kimi görünə bilər. Amma reallıqda, bu məbləğlər onlar üçün elə də əhəmiyyət kəsb etmir.