İranda Azərbaycan səfirliyinə hücum edən terrorçu barədə ölüm hökmü çıxarılıb - FOTO

2-10-2023, 07:54           
İranda Azərbaycan səfirliyinə hücum edən terrorçu barədə ölüm hökmü çıxarılıb - FOTO
İranda məhkəmə Azərbaycanın Tehran şəhərində yerləşən səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə barədə ölüm hökmü çıxarıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Televiziyası (AzTV) məlumat yayıb.

Qeyd olunub ki, edamın nə vaxt icra ediləcəyi məlum deyil.

Qeyd edək ki, terror aktı zamanı Azərbaycan səfirliyinin bir əməkdaşı, diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub, iki mühafizəçi isə yaralanıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru