Xankəndi mənzərəsi əvvəlki görkəmini aldı - Nəhəng xaçda söküldü...

2-10-2023, 10:38           
Xankəndi mənzərəsi əvvəlki görkəmini aldı - Nəhəng xaçda söküldü...
Artıq Xankəndi yaxınlığındakı yüksəkliklərdən birində separatçı ermənilərin ucaltdığı nəhəng işıqsaçan xaç da sökülüb.

DİA.AZ moderator.az-a istinadla xəbər verir ki, bu haqda Xankəndindən köçmüş erməni bloger David Simonyan məlumat və video-görüntü paylaşıb.

Xankəndi yaxınlığındakı nəhəng qanunsuz erməni xaçı da söküldü...

Dəmirdən quraşdırılmış bu xaç simvolu 2017-ci ildə Xocalı rayonunun "Daşuşen" adlandırılmış Daşkənd kəndində ucaldılmışdı. Hündürlüyü 50 metr idi. Uca təpədə yerləşdiyindən xaç Xankəndinin hər tərəfindən görünürdü. Abidə xüsusən gecələr- işıqları yanarkən daha aydın görünürdü. Ermənilər hesab edirdi ki, bu, Avropada ikinci hündür xaçdır...

Göründüyü kimi, Rusiyanın "sülhməramlı"ları da Qarabağdakı qondarma "rus icması" üzvləri ilə birlikdə həmin xaçın yanında qürurla fotolar çəkdirib.

Bu xaçın qanunsuz şəkildə quraşdırılması, onun yanına yol çəkilməsi nəticəsində hektarlarla meşə məhv edilərək ekologiyamıza da zərər vurulub...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.