Ermənistanın Gəncədə törətdiyi terrordan 3 il ötür

11-10-2023, 08:01           
Ermənistanın Gəncədə törətdiyi terrordan 3 il ötür
Ermənistanın Gəncədə törətdiyi terrordan 3 il ötür.

Adalet.az xəbər verir ki, 11 oktyabr 2020-ci il tarixində saat 02:00 radələrində Ermənistan Silahlı Qüvvələri Gəncədə daha bir terror törədiblər.

Belə ki, hərbi əməliyyatlar zonasından xeyli kənarda yerləşən Gəncə, Ermənistan ərazisindən "Skad-B" Taktiki Əməliyyat Raket Kompleksindən atılan taktiki ballistik raketlərlə yenidən atəşə tutulub. Nəticədə "Qələbə parkı"nın ətrafında yerləşən yaşayış binaları dağılıb, 5-i qadın olmaqla 10 nəfər həlak olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 35 nəfər yaralanıb.

Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru