Azərbaycanda işə velosipedlə gedən hakimə yüksək vəzifə verildi

12-10-2023, 07:44           
Azərbaycanda işə velosipedlə gedən hakimə yüksək vəzifə verildi
Məhkəmə-Hüquq Şurasının sabiq əməkdaşı, Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərov yeni vəzifəyə təyin olunub.

E-huquq.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun sərəncamı ilə o, Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini təyin edilib. Sərəncamla Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası da Hüseyn Səfərova həvalə edilib.

Qeyd edək ki, H.Səfərov 1999-2010-cu illərdə Məhkəmə-Hüquq Şurası Katibliyinin mütəxəssisi, aparıcı məsləhətçisi, böyük məsləhətçisi kimi çalışıb. 2010-2015-ci illərdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi olub. O, 2015-ci ildə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi idi.

Xatırladaq ki, bir müddət əvvəl H.Səfərovun işə velosipedlə gedib-gəlməsi maraqla qarşılanmışdı. Hakim sağlam həyat tərzinə və rahat olduğuna görə işə gedərkən velosipeddən istifadə etdiyini bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru