İşəgötürənlə - İşçi arasında baş verən hər bir narazılıq fərdi əmək mübahisəsi hesab oluna bilərmi?

12-10-2023, 00:19           
İşəgötürənlə - İşçi arasında baş verən hər bir narazılıq fərdi əmək mübahisəsi hesab oluna bilərmi?
Rəislər(kiçik və böyük) diqqətlə oxuyun.
İşəgötürənlə - İşçi arasında baş verən hər bir narazılıq fərdi əmək mübahisəsi hesab oluna bilərmi?
Hər bir işçinin əmək münasibətlərində baş verən fərdi əmək mübahisələri ilə əlaqədar bu qaydaları və normativ xarakterli hüquqi aktları bilməsi vacibdir:
1. Əlbəttə, bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır və son nəticədə-məhkəmə qərarının nəticələri ilə həll olunur.
2.İşçi yalnlz İşəgötürənlə arasında fərdi əmək mübahisəsi yarandıqdan sonra hüquqlarının müdafiəsi və ya bərpası ilə əlaqədar: əmək qanunvericiliyinə ictimai nəzarəti həyata keçirən - Həmkarlar təşkilatlarına, dövlət nəzarətini həyata keçirən - Dövlət Əmək Müfəttişliyi Xidmətinə, dövlət və ya hüquq mühafizə orqanlarına, sonda isə Mediasiya və Məhkəməyə müraciət edə bilər.
3. İlkin olaraq İşəgötürənlə-İşçi arasında baş verən hər hansı bir narazılıq, ehtimal edilən hüquq pozuntusu - fərdi əmək mübahisəsi deyildir.
4. Əmək münasibətlərində işçini narazı salan hər bir fikir ayrılığı vəya ehtimal olunan əmək hüququ pozuntusu ilə əlaqədar İşçi ilk olaraq İşəgötürənə yazılı ərizə ilə müraciət etməli və bu barədə danışıqlar aparmalıdır.
5. Pozulmuş hüququnun bərpa olunması ilə əlaqədar İşəgötürənlə apardığı danışıqlar və yazılı müraciətinə verilən cavablar-İşçini tam və ya qane etməzsə, bu zaman artıq fərdi əmək mübahisəsi yaranmış olur və İşçi əmək hüquqlarının bərpa olunması üçün aidiyyəti üzrə müraciət edə bilər.
Azər Quliyev,
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.