Ermənistanla Azərbaycan arasında əsas prinsipial məsələ həllini tapıb

13-10-2023, 10:58           
Ermənistanla Azərbaycan arasında əsas prinsipial məsələ həllini tapıb
"Anklav və eksklavlar məsələsi Ermənistanla Azərbaycan arasında həllini gözləyən əsas məsələlərdəndir. Tərəflər bu məsələdə fərqli fikirlərə malikdirlər". DİA.AZ bildirir ki, bunu "Sherg.az"a açıqlamasında politoloq Turan Rzayev deyib. Ekspert bildirib ki, rəsmi Bakı Qazax rayonunun Yuxarı Əskipara, Aşağı Əskipara, Barxudarlı, Sofulu, Bağanıs Ayrım, Xeyrimli, Qızıl Hacılı və Sədərək rayonunun Kərki kəndlərinin sülh prosesi çərçivəsində qaytarılmasını tələb edir: "Azərbaycan bu kəndləri Ermənistanın işğal prosesinin bir parçası sayır. Ermənistan tərəfi isə öz növbəsində yuxarıda qeyd edilən Tavuş rayonunun Ayqehovit (Uzuntala) Vazaşen (Lələkənd) Berkaber (Bibiş) Artsvaşen də (Başkənd) kəndlərini tələb edir. Bakı və İrəvan arasında anklav, eksklav probleminin həlini tapmaması, tərəflərin ortaq məxrəcə gələ bilməməsi öz növbəsində başda sərhədlərin delimitasya və demarkasiyası olmaqla digər məsələlərin də həllini gecikdirir. Beynəlxalq təcrübəyə görə, anklav, eksklavlar məsələsi iki cür həll edilir: - Ölkələrin qarşılıqlı şəkildə anklav və ekslavlardan imtina etməsi və ölkələrin qarşılıqlı şəkildə anklav və eksklavları mübadilə etməsi. Prinsip etibarilə həm Ermənistan tərəfi, həm də Azərbaycan tərəfi bir-birinin ərazi bütövlüyünü tanıdığını bilidirib. Yəni iki ölkə arasında əsas prinsipial məsələ həllini tapıb. İndiki məqamda bunun rəsmi sənəd kimi imzalanması lazımdır. Bu həm də, tərəflər arasında ilkin sülh sazişi kimi qiymətləndirilə bilər".

T.Rzayevə görə, əgər Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıdığını bildirən sənədə qol çəksə, sərhədlərin delimitasiya və demarkasiya məsələsi, habelə bunun tərkib hissəsi olan anklav və eksklavlar məsələsi də həllini tapa bilər:

"Yəni 29 min 800 kvadrat kilometr əraziyə daxil olan anklav və eksklavlar Ermənistana, 86 min 600 kvadrat kilometr əraziyə daxil olan anklav və eksklavlar isə Azərbaycana qaytarıla bilər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.