Tramp: "Hazırda Rusiyaya qarşı sanksiyalar barədə düşünməyə ehtiyac yoxdur"

Bu gün, 12:38           
Tramp: "Hazırda Rusiyaya qarşı sanksiyalar barədə düşünməyə ehtiyac yoxdur"
ABŞ Prezidenti Donald Tramp bildirib ki, hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi barədə düşünməyə ehtiyac yoxdur, çünki rusiyalı həmkarı Vladimir Putinlə Alyaskada görüşü çox yaxşı keçib.

D.Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.

"Bu gün baş verənləri nəzərə alsaq, məncə, indi bu barədə düşünməyə ehtiyac yoxdur. Bilirsiniz, məncə, görüş çox yaxşı keçdi", - D.Tramp söyləyib.

Buna baxmayaraq, D.Tramp gələcəkdə sanksiyalar məsələsinin yenidən gündəmə gələ biləcəyini istisna etməyib.

"Ola bilər ki, mən bu barədə iki və ya üç həftədən sonra düşünməli olacağam. Amma indi bu barədə düşünməyə ehtiyac yoxdur", - D.Tramp qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru