Cəlilabadda QƏTL: qadın qaynı tərəfindən qətlə yetirildi – YENİLƏNİB

Bu gün, 12:29           
Cəlilabadda QƏTL: qadın qaynı tərəfindən qətlə yetirildi – YENİLƏNİB
Cəlilabadda 62 yaşlı Tərbiyə Nəriman qızı Nərimanovanı qətlə yetirməkdə şübhəli bilinən Təhmasib Tərxan oğlu Əliyev polis əməkdaşları tərəfindən axtarılır.

TEREF APA-ya istinadən xəbər verir ki, qətl ailədaxili münaqişə zəminində baş verib.

Qeyd edək ki, Təhmasib Əliyev ölən qadının qaynı olub.

***

11:02
Bu gün Cəlilabadda qətl hadisəsi baş verib, 62 yaşlı qadın öldürülüb.

TEREF APA-ya istinadən xəbər verir ki, qətlə yetirilən kənd sakini 1963-cü il təvəllüdlü Tərbiyə Nəriman qızı Nərimanovadır. Qadının qaynı Təhmasib Tərxan oğlu Əliyev tərəfindən qətlə yetirildiyi deyilir.

Qətlin hansı səbəbdən baş verdiyi araşdırılır.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***

10:40

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

Tribunainfo.az xəbər verir ki, hadisə rayonunun Alar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini olan ortayaşlı qadın qətlə yetirilib. Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru