Qubad İbadoğlu Mərkəzi Klinik Xəstəxanaya aparılıb

14-10-2023, 08:07           
Qubad İbadoğlu Mərkəzi Klinik Xəstəxanaya aparılıb
“Dünən (12 oktyabr 2023) qardaşımın səhhətinin kəskin pisləməsindən – hərəkət qabiliyyətinin məhdudlaşmasından, şəkərinin normallaşmamasından, Avropa İnsan Hüquqları Məhkəməsinin qardaşımın müayinəsi ilə bağlı Azərbaycan hökumətinin üzərinə qoyduğu öhdəliklərə sonuncunun əməl etməməsindən yazmışdım. Ədliyyə Nazirliyinin Baş Tibb İbarəsinin rəis müavini İftixar Qurbanovun qardaşımın səhhətində fövqəladə bir şey olmamasını, qardaşımın onurğasının MRT-dən, böyüyən şah damarının kompüter tomoqrafiyasından (KT) keçirilməməsinin zərurliyini “əsaslandıran” məktubunu paylaşmışdım.

Bu gün vəziyyətin ciddiliyini, qardaşımın səhhətinin kəskin pisləşməsini görən Ədliyyə Nazirliyinin Baş Tibb İbarəsinin rəhbərliyi onu Mərkəzi Klinik Xəstəxanada MRT və KT müayinəsindən keçirib”.

Gununsesi.info bildirir ki, bunu sosial şəbəkə hesabında Qubad İbadoğlunun qardaşı Qalib Toğrul yazıb.

O daha sonra əlavə edib:

“Türklər belə yerdə deyiblər ki, yalançının şamı yatsıya qədər yanar.

Bir gün öncə “Nuh deyib, peyğəmbər deməyən” cənab İftixar Qurbanov, nə baş verdi ki, 24 saat keçməmiş 180 dərəcəlik performans göstərdiniz, gavur inadınızdan əl götürdünüz?!

Rəsmi sorğularımızın 10-dan 1-nə cavab verməyinizdən bilirəm, oralı olmayacaqsınız.

Hesab edin ki, ritorik sualdır, cavab istəmirəm.

Sonda Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin müayinə nəticələrini saxtalaşdırmaq sahəsindəki sağalmaz mərəzini nəzərə alaraq qardaşımın müayinə (MRT və KT) disklərinin ailəsinə təqdim olunmasını tələb edirəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.