Mourinyo karyerasının ən qeyri-adi sarı vərəqəsini alıb

30-09-2024, 15:54           
Mourinyo karyerasının ən qeyri-adi sarı vərəqəsini alıb
"Fənərbağça" Türkiyə Superliqasının 7-ci turunda səfərdə "Antalyaspor"a 2:0 hesabı ilə qalib gəlib.

Oxu.Az xəbər verir ki, İstanbul klubunun baş məşqçisi Joze Mourinyo matçda sarı vərəqə alıb.

Belə ki, 77-ci dəqiqədə 1:0 hesabı ilə "Fənərbağça"nın xeyrinə VAR sistemi tərəfindən Edin Cekin oyundankənar vəziyyətdə olduğu iddia edilən qolunu ləğv edib. Lakin oyuna təkrar baxıldıqda, 38 yaşlı bosniyalının düzgün mövqedə olduğu müəyyən edilib və VAR rəsmiləri səhv etmiş ola bilər.

Mourinyo lazımi görüntülərin olduğu noutbuku birbaşa televiziya kamerasının qarşısına qoyaraq bu məsələni sübut etmək qərarına gəlib ki, bu da dərhal canlı yayımda görünüb.

Portuqaliyalı məşqçiyə xəbərdarlıq etmək üçün hakimə məlumat verilib.
VAR-ın bu səhvi yenə də "Fənərbağça"nın liderliyini qorumasına mane olmayıb. Bir neçə dəqiqə sonra rəqib avtoqolla görüşə son qoyub. Yeddi turdan sonra Mourinyonun komandası lider "Qalatasaray"dan 3 xal geri qalaraq, ikinci yerdə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru