İrandakı gedişatda yeni, qüdrətli Azərbaycan.

Bu gün, 17:34           
İrandakı gedişatda yeni, qüdrətli Azərbaycan.
İranın yeni Prezidenti Məsud Pezeşkiyan yaxın günlərdə bildirib: “İranda hər hansı hadisənin baş verəcəyi təqdirdə Kürdüstan, Azərbaycan, Sistan və Bəlucistan, Xuzistan özlərinin ayrıca hökumətlərini quracaqlar”. Bu, indiyədək İran prezidentlərindın eşidilməmiş ciddi söhbətdir!
Bu, o deməkdir ki, artıq İranın yuxarı elitası da bilir ki, İran rejimi həm xarici güclər, həm daxili etiraz, təzyiq və təsir dalğalarına tab gətirmək gücünü itirmək dövrünü yaşayır. Və çökə bilər.
Bu halda sual yaranır: biz, qüzey Azərbaycanlı xalq və cəmiyyət, on milyonlarca azərbaycanlı türkü soydaşımızın yaşadığı ölkədəki belə sərt dəyişikliyə hazırıqmı, bu barədə nə düşünürük?
Şəxsən xalqımız, millətimiz üçün bu barədə ən maksimal xeyirli gedişat, nəticəli fikrim belədir. İrandakı bu molla rejimi gedir, demokratik ölkə, dövlət yaranır. Demokratik ölkədəsə, tam azad seçki keçirilib, səs çoxluğu ilə hökumət yaranır. Səs çoxluğu isə, İranda azərbaycanlılar qarışıq, təqribən, 45 milyon ümumi türk tərəfində olur. Beləliklə, İran yerində demokratik seçki ilə türk milli çoxluqda vahid, sivil dövlət yaranır, bütün digər milli azlıqların dinc bərabər qardaşlığı ilə.
Bunlar təbii ki, ideyaca demokratik ədalətli bir gedişatın nəzəri düşüncəsidir. Ancaq reallıq və praktiki cəhətdən düşüncədə, İrandakı rejimin yıxılışına vacib təkan verən xarici güclər buna, yəni, ədalətli "milli çoxluq amilinin" işləməsinə imkan verərmi? Bu halda, İranın parçalanması variantında da, narahatlıq yoxdur. Yəni 35 mln. böyük və müstəqil Azərbaycan dövləti yaranır.
İstənilən variantda, indiki İran rejiminin gedişi ilə, ümumi Azərbaycan xalqının böyük, 50-60 milyon qüdrətdə, həm türk dünyasında, həm ümumi dünyada önəmli yer alması baş tutur!
Ilqar Altay
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.