ABŞ-ın zərbə qrupu İranın burnunun ucunda: Fars körfəzində nə baş verir?

27-11-2023, 12:24           
ABŞ-ın zərbə qrupu İranın burnunun ucunda:
ABŞ-ın "Dwight Eisenhower" təyyarədaşıyan gəmisinin başçılıq etdiyi Amerika təyyarədaşıyan zərbə qrupu Hörmüz boğazı vasitəsilə Fars körfəzinə daxil olub.

Bu barədə ABŞ-ın Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat verib.

Qeyd olunur ki, qrupa həmçinin raket kreyseri, esmineslər və doqquz aviasiya eskadrilyası daxildir və onlar komandanlığın missiyalarına dəstək verməyə davam edəcəklər.

Bundan başqa, Amerika gəmilərini Fransanın “Lanqedok” freqatı da müşayiət edir. Fars körfəzində onlar patrul xidməti həyata keçirəcək və əsas beynəlxalq su marşrutları boyunca naviqasiya azadlığını təmin edəcəklər.

Noyabrın 5-də “USS Dwight Eisenhower” Yaxın Şərqə gəlib.

Qeyd olunub ki, Amerikanın zərbə qrupunun ölkəyə daxil olması ABŞ-ın regionda vəziyyəti sabitləşdirmək səyləri ilə birbaşa bağlıdır. Vaşinqtonun vəzifələrinə təkcə İsraili dəstəkləmək deyil, həm də İraq və Suriyada hücuma məruz qalan Amerika qoşunlarını qorumaq daxildir.
publika.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.