Trampın ayaq səsləri eşidilir.

31-01-2024, 08:44           
Trampın ayaq səsləri eşidilir.
Dünya Trampın gələn ilin yanvarında yeni yeni prezidentlik müddəti üçün yeni triumfial yürüşünü gözləyir.
Bunu səbrsizliklə və ən çox gözləyən Rusiya rəhbərliyidir.
Ancaq Trampın yeni prezidentliyi Rusiya rəhbərliyi üçün onun son prezidentlik müddətindən daha acı bir məyusluğa çevrilə bilər.
Unutmayaq ki, məsələn, Krımın ilhaqından sonra Trampın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları ləğv etmədi; məhz Tramp hələ 2017-ci ildə NATO-dakı müttəfiqlərini hərbi xərclərini artırmağa çağırmışdı; Ukraynaya sarsıdıcı silahların verilməsinə icazə verən də Tramp olmuşdu və s.
“Dişsiz” və “ehtiyatlı” demokratlardan fərqli olaraq Tramp impulsivdir, onun addımlarını təxmin etmək çətindir, Konqresdəki çoxluqla birlikdə tez və kəskin qərarlar alacağı onun üçün çətin iş deyil.
Rusiyanı yeni, amma daha sancılı bir dövr gözləyir.
Hələ bu harasıdır…
https://t.me/ibrahim_nebioglu
İbrahim Nebioğlu
TEREF: Xocanın Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru