İsraildə ŞAS Partiyası hökumətdən və parlament koalisiyasından çıxdığını elan etdi
Bu gün, 11:27
İsraildə ŞAS Partiyası hökumətdən və koalisiyadan çıxmaq barədə qərar qəbul edib.
Bu barədə "Times of Israel" nəşri xəbər verir.
Bunun nəticəsində İsrail Baş naziri Benyamin Netanyahunun öz koalisiyası ilə ölkə parlamentində azlıqda qalıb.
ŞAS Netanyahu ilə hərbi xidmətə çağırış haqqında qanuna dair fikir ayrılıqlarına malikdir, eləcə də Nazirlər Kabinetinin dini məsələlərlə bağlı siyasətindən narazıdır.
Partiya nazirlərinin bu gün səhər istefa verəcəyi gözlənilir.
İyulun 15-də "Deqel a-Tora" partiyası da hökumətdən çıxdığını elan etmişdi.