"Zəngəzur dəhlizinə ABŞ tərəfindən nəzarət edilməsi regionda yenidən gərginlik yarada bilər"

Bu gün, 11:14           
"Zəngəzur dəhlizinə ABŞ tərəfindən nəzarət edilməsi regionda yenidən gərginlik yarada bilər"
"Zəngəzur dəhlizinə ABŞ tərəfindən nəzarət edilməsi regionda yenidən gərginlik yarada bilər"
ABŞ Zəngəzur dəhlizinə 100 il müddətinə nəzarət etməyi təklif edir. Amerikanın Türkiyədəki səfiri bu təklifi səsləndirib. ABŞ hesab edir ki, Ermənistan və Azərbaycan arasında sülhün bağlanması üçün ideal təklif irəli sürüb. Tutaq ki, Azərbaycan və Ermənistan bu təklifi qəbul etdi. Bəs qonşu ölkələr - İran və Rusiya bu məsələyə razı ola bilərmi?
Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ Zəngəzur dəhlizinə nəzarət edərsə, bu vəziyyət xüsusilə İran tərəfindən qəbuledilməz olacaq.

“Eyni zamanda Rusiyanın Gümrüdə hərbi bazası var. Onlar buna təbii ki, reaksiya verəcək və razı olmayacaqlar. Müəyyən mənada narazılıqlar yaradacaqlar. Ən böyük narazılıq İrandan gələ bilər. Ermənistanla yaxın münasibətdə olmasına baxmayaraq, İran ABŞ-ı qəbul etmir. Həm də ABŞ-ın Ermənistanda böyük səfirliyi yerləşir. 2000 nəfərdən artıq orada əməkdaş var. Yəni bir balaca Ermənistanda bu sayda əməkdaşın olması, heç də elə belə deyil. Təbii ki, həmin əməkdaşların bir qismi Böyük Kəşfiyyat İdarəsinin və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarıdır. Onlar həm İrana, həm də Rusiyanın hərbi bazasına qarşı iş aparırlar. Bu da bizə aydındır. Bu mənada irəli sürülən təklif regionda gərginlik yarada bilər. Ermənistan da bütün bunları nəzərə alaraq Amerikanın həmin yolu nəzarət etməsinə icazə verməz”- deyən politoloq Ermənistanın bu yola nəzarəti üçüncü ölkəyə verəcəyini inandırıcı olmadığını hesab edir.

“Yəqin ki, yaxın zamanlarda Ermənistan rəhbərliyi bu barədə öz fikrini bildirəcək. Amerikanın bu yola nəzarət etməsi alınan məsələ deyil”-deyə Elşad Həsənov qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru