Ona görə texnoloji inkişafa nail olmasaq,...

15-02-2024, 10:04           
Ona görə texnoloji inkişafa nail olmasaq,...
Bu gün Prezident İlham Əliyev Yeni Dövrlə bağlı çağırışlardan danışarkən maraqlı və diqqətçəkən bir məqama toxunub.
Prezident İkinci Qarabağ savaşından sonra bizə qarşı müəyyən qüvvələrin birləşdiyini və onların bizdən əl çəkməyəcəyini, Qarabağın erməni işğalından azad edilməsi ilə yaranan yeni situasiyanı bizə bağışlamayacağını bildirib.
Prezident məhz bununla bağlı danışarkən dövlətin və cəmiyyətin buna hazır olması üçün texnoloji üstünlüyün vacibliyinə toxunaraq aşağıdakıları bildirib :
Texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi – bütün bunlar bizim gündəlik həyatımızın əlamətlərinə çevrilməlidir. Dövlət qurumları, özəl sektor və cəmiyyətin bütün digər seqmentləri buna hazır olmalıdırlar.
Əks təqdirdə, biz geridə qalacağıq.
Biz isə geridə qala bilmərik. Biz elə bir bölgədə yerləşirik, bizə qarşı elə bir qüvvələr birləşib ki, bizə ziyan vurmaq üçün fürsət axtarırlar.
Biz, - İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim, - sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik.
Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir. Biz hazır olmalıyıq, səfərbər olmalıyıq, əlbəttə ki, cəmiyyət rahat yaşamalıdır. Mən Azərbaycan üçün hər hansı bir təhlükə, təhdid görmürəm. Ancaq nə üçün görmürəm, çünki bilirlər ki, bizim cavabımız amansız olacaq, sarsıdıcı olacaq və heç nəyə baxmadan o cavab veriləcək.
Ona görə texnoloji inkişafa nail olmasaq, burada geniş, yəni, bir neçə min yox, on minlərlə azərbaycanlı bu işdə olmasa, biz geridə qala bilərik. Ona görə hesab edirəm ki, bütün qurumlar və eyni zamanda, cəmiyyət bunu da vəzifə kimi bilməlidir və görməlidir.
Osman Gunduz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.