Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

25-04-2024, 10:44           
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
Ülvi Mansurovun Azərbaycanda qeyri-neft sektorunun inkişafına olan yanaşması yəqin ki, gələcək zamanların lətifəsinə çevriləcək...

Azərbaycanda qeyri-neft sektorunun inkişafı uzun illərdir ki, Azərbaycan iqtisadiyyatının əsas prioretlərindən biridir. Bu barədə o qədər danışılıb, o qədər yazılıb ki...

Lakin bütün danışılanlara və gurultulu dövlət proqramlarına baxmayaraq Azərbaycan qeyri-neft sektorunun inkişaf mənzərəsi acınacaqlı olaraq qalmaqdadır. Vəziyyətin acınacaqlı olmasını görmək üçünsə heç də uzağa getmək lazım deyil. Sadəcə neft sektpru olmayan qonşu dövlətlərin iqtisadiyyatlarına göz atmaq kifayətdir. Neft sektoru olmayan Gürcüstan və Ermənistanın ÜDM artımı son illər Azərbaycanın ÜDM artımını dəfələrlə üstələməkdədir. Hesab edirik ki, bu artıq həyəcan siqnalının çalınması üçün böyük əsasdır...

Bəs Azərbaycan iqtisadiyyatında nə baş verir? Gürcüstan və Ermənistandan fərqli olaraq daxili sərmayə imkanları çox geniş olan Azərbaycanda iqtisadiyyatı neft gəlirlərinin asılılığından xilas etmək niyə mümkün olmur?

Əslində bu sualı yaradan çoxlu təməl səbəblər mövcuddur. Onlardan biri də Azərbaycanda qeyri-neft sektorunun inkişafını təmin edilməsiylə və qeyri neft sektorunun sərmayələşdiriiməsi ilə məsuliyyətli olan Azərbaycan İnvestisiya şirkətinin fəaliyyəti ilə bağlıdır. Bəs artıq 18 ildir fəaliyyət göstərən bu dövlət şirkətinin bu uzun müddətdə Azərbaycanda qeyri-neft sektorunun inkişafına nail ola bilməməsi və qeyri-neft sektorunu iqtisadiyyatın aparıcı mexanizmninə çevirə bilməməsi nəylə bağlıdır?

Əslində bu sualın cavabı Hesablama Palatasının Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyətini auditi ilə bağlı yaydığı hesabatda açıq şəkildə ortaya çıxır.

Palatanın açıqladığı audit qiymətləndirməsindən aydın olur ki, AİŞ 2021-2022-ci illər üzrə riskli və səriştəsiz yatırımlar edib. Yatırım etdiyi şirkətlər sırasında cəmi bir şirkət divident ödəyib.

Nəzərə alsaq ki, AİŞ-i Müşahidə Şurası tərəfindən idarə olunur və bu Müşahidə Şurasına İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank, Neft fondu və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daxildir, o zaman AİŞ rəhbərliyinin riskli və səriştəsiz yatırımlarına görə, bu hökümət üzvləri də məsuliyyət daşıyırlar.

Qeyd edək ki, Şirkətin rəsmi səhifəsində göstərilib ki, AİŞ-in prioritet vəzifələri Azərbaycanda həyata keçirilən əlverişli layihələrə investisiya qoymaq, birbaşa investisiyalar, istedad və texnologiyaların Azərbaycana cəlb edilməsi üzrə katalizator olmaq, qeyri-neft sektorunun inkişafına töhfə vermək, iqtisadiyyatın inkişafına, habelə iqtisadi diversifikasiya və idxal əvəzləyici proseslərə dəstək verməkdir.

Hesablama Palatası isə açıqlayıb ki, AİŞ bütün bunları nəzərə almayıb və əsas istiqamətini asan gəlir yeri kimi qiymətli kağızlara yönəldib. “AİŞ-in idarə olunan aktivlərinin böyük hissəsini dövlət və korporativ istiqrazlar təşkil edib, auditlə əhatə olunan dövrdəki gəlirlərinin əsas hissəsi bu qiymətli kağızlar üzrə ödənilmiş faizlər hesabına formalaşıb. Belə ki, auditlə əhatə olunan dövrün sonuna AlŞ-in idarə olunan aktivlərinin 60,1 faizini onun istiqraz portfeli təşkil edib, ümumiyyətlə, AİŞ-in 2021-ci ildə əldə etdiyi gəlirlərin 69,4 faizini, 2022-ci ildə isə 83,2 faizini istiqrazlardan gəlirləri təşkil edib”.

Diqqət edirsinizmi, Azərbaycanda qeyri-neft sektorunun inkişafına məsul olan dövlət şirkəti bu illər ərzində sadəcə qiymətli kağızlala oynayaraq pul qazanmağa çalışıb. Qiymətli kağızlarla pul qazanmağın isə qeyri-neft sektorunun inkişafına hansı töhvə verməsi maraqlı məsələdir və hər halda bu, Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı prosesdə gülməcə kimi ortaya çıxır.

Azərbaycanda qeyri-neft sektorunun inkişafına bu yanaşma yəqin ki, bir zamanlar lətifəyə çevriləcək...

Digər maraqlı məsələlərdən biri də Müşahidə Şurasının AİŞ rəhbərliyinin, o cümlədən şirkətin icraçı direktoru Ülvi Mansurovun bu kimi faəliyyətlərinə və vəzifə borcuna yanaşımına dözmələri və susqunluq nümayiş etdirmələridir. Bu susqunluq isə əslində peşəkar hökümət üzvlərini Ülvi Mansurovun məsuliyyətsizliyinin ortağı edir.

Palata həmçinin əlavə edib ki, AİŞ “Bakı Gəmiqayırma Zavodu” MMC-yə və ona məxsus qiymətli kağızlara nizamnamə kapitalının 64,8 faizi həcmində investisiya edib. Bu da portfelin böyük hissəsinin bir aktivə yatırılması ilə bağlı konsentrasiya riski yaratmaqdadır.

Sual olunur, hələ sovet dönəmindən dövlət maliyyələşməsinə aid olan “Bakı Gəmiqayırma Zavodu” MMC-yə investisiya qoymaq niyə AİŞ-nin əsas prioritetləri arasına girib və bu investisiya geri qayıdacaqmı? Böyük ehtimalla qayıtmayacaq və “Bakı Gəmiqayırma Zavodu”na qoyulan sərmayə sadəcə korrupsiya əməliyyatı olaraq diqqət çəkməkdədir.

Aşkar edilən nöqsanlar bununla da yekunlaşmır. 2022-ci ildə “Azərbaycan Biznesin İnkişafı Fondu”nun yaradılması təmin edilmədiyindən onun üçün nizamnamə kapitalı kimi nəzərdə tutulmuş 43 milyon manat AİŞ-in nizamnamə kapitalına yönəldilib. AİŞ isə bir gün sonra həmin vəsaitin 46,5 faizini dövlət qiymətli kağızlarına yatırıb.

Yəni yenə də söhbət hansısa qeyri-neft sektorunun inkişafından deyil, birja əməliyyatlarından gedir ki, bu əməliyyatların qeyri-neft sektorunun inkişafına təsiri sıfırdır.

Məsələ ondadır ki, 18 illik fəaliyyəti dövründə AİŞ peşəkar fəaliyyətdən kənarda hansısa yollarla pul qazanmağa çalışıb və bu fəaliyyət qətiyyən qeyri-neft sektorunun inkişafına yönəlməyib. AİŞ 18 il müddətində sadəcə korrupsiya üçün müxtəlif qapi və pəncərə inşa etməklə məşğul olub və bu zaman hansı yollarlasa AİŞ üçün də gəlir əldə edərək özünü mənfəəft gətirən bir qurum olaraq təqdim etməyə çalışıb və bu zaman özünün əsas məqsədlərindən tamailə kanar fəaliyyətlə məşğul olub...

Poliqon.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.