Mərkəzi Neftçilər Xəstəxanası iftiraçıların hədəfində

24-08-2016, 09:05           
Mərkəzi Neftçilər Xəstəxanası iftiraçıların hədəfində
Aydındır ki, bu qabaqcıl səhiyyə ocağının bütün uğur və nailiyyətlərinə göz yuman bəzi “mətbuat nümayəndələri” sadəcə olaraq kimlərinsə sifarişlərinə əməl edirlər

Çox qəribədir. Bir tərəfdən hamımız bir ağızdan ölkəmizin səhiyyə sistemində müşahidə olunan neqativ hallardan, bu sahədə yol verilən nöqsanlardan, mövcud çatışmazlıqlardan danışırıq. Digər tərəfdən isə, bəzi informasiya vasitələri normal fəaliyyət göstərən, haradasa, səhiyyəmizin aparıcı müəssisələrindən sayıla biləcək klinika və xəstəxanaları da haqsız tənqid hədəfinə çevirirlər. Daha dəqiq desək, bu tibb müəssisələri barədə yazılanları tənqid adlandırmaq da olmaz. Sadəcə yalan, böhtan və iftira xarakterli əsassız ittihamlar...

Son vaxtlar ölkə mətbuatının bəzi üzdəniraq təmsilçilərinin hədəfə aldıqları belə tibb müəssisələrindən biri də Mərkəzi Neftçilər Xəstəxanasıdır. Amma bu da var ki, Mərkəzi Neftçilər Xəstəxanası barədə yalnız səthi, həm də köhnəlmiş məlumatlara malik olan bu “həqiqət carçıları” özləri də bilmədən klinikaya qarşı elə ittihamlar irəli sürürlər ki, onları heç təkzib etməyə belə ehtiyac olmur. Məsələn, belə böhtan xarakterli yazılardan birində Mərkəzi Neftçilər Xəstəxanasının “dövlət tibb müəssisəsi olduğu və xəstələrə pulsuz səhiyyə xidmətləri göstərməli olduğu halda, burada pasiyentlərin ödəniş etdikləri” barədə ittiham diqqəti cəlb edir. Halbuki, artıq dörd ilə yaxındır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 yanvar 2012-ci il tarixli 21 saylı qərarına əsasən Mərkəzi Neftçilər Xəstəxanası tam təsərrüfat hesablı müəssisə kimi fəaliyyət göstərir. Yəni həmin vaxtdan etibarən, bu xəstəxanada müalicə alan vətəndaşlar qanunla müəyyən olunmuş qaydada ödəniş həyata keçirməlidirlər. Qeyd edək ki, bu məlumatı mətbuata verdiyi açıqlamasında Mərkəzi Neftçilər Xəstəxanasının direktor müavini Nadir Mehdiyev təqdim etmişdir.

Etiraf olunmalıdır ki, son illər Mərkəzi Neftçilər Xəstəxanası inkişaf edərək, artıq bu gün Avropanın istənilən müasir klinikası ilə rəqabət aparacaq bir səviyyəyə yüksələ bilib. Birmənalı olaraq demək olar ki, hazırda bu tibb müəssisəsi istər müalicə-diaqnostika avadanlığı ilə təminat, istərsə də tibbi kadrların hazırlıq səviyyəsi və peşəkarlığı baxımından ən müasir klinikalardan biridir. Xüsusilə qeyd etmək lazımdır ki, xəstəxananın elmi potensialı ildən-ilə yüksəlir, ən son texnologiyaları tətbiq edən, daxildə, xaricdə təhsil alan və bununla kifayətlənməyən yüksək ixtisaslı mütəxəssislər peşəkarcasına işin öhdəsindən gəlməklə, Mərkəzi Neftçilər Xəstəxanasını ölkənin ən yaxşı tibbi mərkəzlərindən birinə çeviriblər. Heç bir şübhə ola bilməz ki, bu gün Mərkəzi Neftçilər Xəstəxanası Azərbaycanda səhiyyə sahəsində ən böyük nailiyyətlərə imza atan tibb müəssisələrindən biridir. Uzun illər boyunca bura müraciət edən xəstələrə şəfa tapmaqda yardımçı olan bu xəstəxana yarım əsrdən artıqdır ki, xalqımızın sağlamlığının keşiyində ləyaqətlə durur. Son illər ərzində həyata keçirilən əsaslı islahatlar nəticəsində isə, geniş və rahat otaqlar, ən yeni texnologiyalar və avadanlıqlarla təchiz olunan xəstəxanada xəstələrin rahatlığı üçün demək olar ki, hər bir şərait yaradılıb. Xəstəxananın elmi potensialının da ildən-ilə artdığı göz önündədir. Xaricdə təhsil alan mütəxəssislərin əldə etdikləri nailiyyətlər xəstəxananı ölkənin aparıcı tibb müəssələrindən birinə çevirib. 24 saat iş başında olan heyət, çoxfunksional tibbi mərkəz, qərb ölkələrində təhsil alan, xaricdən ölkəmizə göndərilən mütəxəssislər, müasir tibbi avadanlıqlar, beynəlxalq keyfiyyət sertifikatı ilə Mərkəzi Neftçilər Xəstəxanası rəqiblərini üstləyir.

Aydındır ki, bütün bu uğur və nailiyyətlərə göz yuman bəzi “mətbuat nümayəndələri” sadəcə olaraq ya kimlərinsə sifarişlərinə əməl edirlər, ya da özlərinin hansısa “təmin olunmamış ambisiyalarının” acığını çıxmağa çalışırlar. Halbuki, media mənsubu olaraq bizim borcumuz, mövcud nöqsanları üzə çıxarmaqla bərabər, həm də istənilən sahədə qabaqcılların təcrübəsini yaymaq, onları daim örnək olaraq nümunə göstərməkdən ibarət olmalıdır.bizimdövr.az
teref.az olaraq qeyd etmək istəyərdik ki, bu gün həqiqətəndə Neftçilər xəstəxanası kimi tanıdığımız bu xəstəxana bir çox xəstəxanalara nümunə ola bilər və ona qarşı gedən tənqidi materialları sifarişli hesab edirik!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.