"Dustağın bir günlük yeməyinə 18 manat 50 qəpik pul ayrılır. Amma heç 50 qəpiklik yemək vermirlər”.

26-08-2016, 00:02           
"Dustağın bir günlük yeməyinə 18 manat 50 qəpik pul ayrılır. Amma heç 50 qəpiklik yemək vermirlər”.
Hazırda 1 Saylı Bakı istintaq Təcridxanasında saxlanılan Azərbaycan Beynəlxalq Bankının sabiq prezidenti Cahangir Hacıyev məhkəmə prosesində sensassiyaya səbəb olan açıqlamaları ilə gündəmdədir. Sonuncu məhkəməsində Cahangir Hacıyev Penitensiar Xidməti korrupsiyada ittiham edib. Onun sözlərinə görə, dekabrın 19-dan qaldığım kameradan məni artıq məhkum olunmuş şəxslərin saxlanıldığı korpusa köçürüblər: “Əvvəlki korpusda gündə iki dəfə su verilirdi. Burada bir gündə cəmi 4 dəqiqə su verilir. Soyuducu yoxdur. Təcridxanada həftədə bir dəfə yemək qəbul edirlər. Əgər soyuducu yoxdursa, bu o deməkdir ki, bir gün yeyib, altı gün ac qalmalısan. 45 dərəcəistidə belə şəraitdə saxlanmaq nə deməkdir? Allah heç kimə qismət eləməsin, ancaq yaddan çıxarmayın ki, hamının başına gələ bilər. Dustağın bir günlük yeməyinə 18 manat 50 qəpik pul ayrılır. Amma heç 50 qəpiklik yemək vermirlər”.
C.Hacıyev bu cür münasibəti işgəncə kimi dəyərləndirib: “Mənə bu şəkildə işgəncəvermək nəyə lazımdır? Onu da bilsinlər ki, buna göstəriş verənlər heç nəyə nail olmayacaqlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru