Jurnalist Cəmil Məmmədlinin apelyasiya məhkəməsi onlayn keçiriləcək...

27-05-2024, 10:05           
Jurnalist Cəmil Məmmədlinin apelyasiya məhkəməsi onlayn keçiriləcək...
Jurnalist Cəmil Məmmədlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası mayın 29-na təyin edilib.

Şikayət hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə araşdırılacaq.

Qeyd: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Məmmədli 6 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırlatma: C.Məmmədli ötən ilin yanvarında cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
P.S. TEREF qeyd edir ki, əldə etdiyimiz məlumata görə jurnalist Cəmil Məmmədlinin apelyasiya məhkəməsi onlayn keçiriləcək!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru