Azərbaycanlılarla ermənilərin gizli Qarabağ görüşü – Həqiqət ya provakasiya ŞOK İDDİA

29-08-2016, 08:47           
Azərbaycanlılarla ermənilərin gizli Qarabağ görüşü – Həqiqət ya provakasiya  ŞOK İDDİA
Azərbaycanı və Ermənistanı təmsil edən 10-a yaxın adam Türkiyənin Eskişehir şəhərində görüşərək Qarabağ probleminin həlli məsələsini müzakirə ediblər. A24.Az-ın məlumatına görə, bu barədə Türkiyədə nəşr olunan erməni qəzeti “Agos” bu günkü sayında dərc olunmuş məqalədə bildirilir. Məqalə müəllifi Varduhi Balyan bildirir ki, görüşdə Azərbaycandan 6 təmsilçi və Ermənistandan 4 təmsilçi iştirak edib. Görüş Eskişehir Universitetinin dosenti Uğur Kara tərəfindən idarə olunub.
Görüş iştirakçıları hər iki ölkədəki iqtisadi-siyasi vəziyyət və qoşunların təmas xəttindəki qarşıdurma barədə danışıblar. Əslən Zəngilandan olan məcburi köçkün azərbaycanlılar Andranik adlı erməni kirvələrini axtardıqlarını deyiblər.
“Agos”un yazdığından belə anlaşılır ki, Azərbaycan xalqı üçün çox utandırıcı olan hadisələr ən sonda baş verib. Ermənistan ordusu tərəfindən doğma ocağından qovulmuş azərbaycanlılar ermənicə “Sarı gəlin” dinləyib, ermənilərlə birlikdə dolma yeyiblər. Bu azmış kimi azərbaycanlı məcburi köçkünlər uydurma erməni soyqırımını tanımağın tərəfdarı olduqlarını söyləyiblər. Vəssalam…












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru