Şeyxə qarşı ittihamlar: “Qafqaz Müsəlmanları İdarəsinin məqsədi pul qazanmaqdır”

29-08-2016, 08:49           
Şeyxə qarşı ittihamlar: “Qafqaz Müsəlmanları İdarəsinin məqsədi pul qazanmaqdır”
“Qafqaz Müsəlmanları İdarəsi (QMi) üçün həc ziyarətinin təşkili bir biznesdir”. Bu sözləri savash. org-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyevin “həcc bir biznesdir” iddiasına münasibət bildirərkən ilahiyyatçı Elşad Miri deyib. Onun sözlərinə görə, QMİ-nin məqsədi savab qazanmaq yox, pul qazanmaqdır: “Biznesi dinlə əlaqələndirirlər. Ona görə də, bunu din biznesi, bunu təşkil edənləri isə din biznesmenləri adlandırırlar. Faktiki olaraq məsələ budur. Əlbəttə, R.Əliyev komitənin ilk sədri olub. QMİ onu ziyarətin təşkili məsələlərindən uzaqlaşdırıb. Ona görə də, QMİ ilə Komitə arasında həmişə dava-dalaş olub. Həmin qarşıdurma indiyə qədər də davam edir”.
Elşad Miri Həcc zitaətinin qiymətlərindən də gileylənib: “Qiymətlər hədsiz dərəcədə artırılıb. Qurumun məlumatına görə, guya ötən illə müqayisədə 1000 dollar ucuzlaşdırıblar. Görün, üstünə nə qədər xeyir qoyurlar ki, 1000 dollar azaltsalar belə, yenə də qazanc götürürlər. Dünyada ən bahalı həcc ziayərətini Azərbaycanda QMİ təşkil edir. Bu azmış kimi üstəlik təşkilatçılığı da ürəkaçan deyil. Ora gedib gələnlər təşkilatçılıqdan həmişə gileylənirlər. Təssüflər olsun ki, QMİ-də həm qiymət, həm təşkilatçılıq, həm də digər məsələlər üsrəkaçan deyil”.
Qeyd edək ki, Rafiq Əliyev Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Həcc üçün təyin etdiyi qiymətlərin baha olmasını və Azərbaycanda Həcc ziyarətinin sırf biznesə çevrildiyini bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.