“Gömrük pul alıb buraxır, sonra başqa orqanlar gəlib iş adamlarını soyurlar” – “Məqsəd korrupsiyadır”

13-06-2024, 10:47           
 “Gömrük pul alıb buraxır, sonra başqa orqanlar gəlib iş adamlarını soyurlar” –
“Gələn səfalət oldu, gəmilərimiz deyil!”

"Bugünlədə mətbuatda sement monopolisti – “klinker canavarı” Cavidan adlı iş adamının banklara 27 milyon manat məbləğində pul atdığını, buna rəğmən sahibkarın heç nə olmamış kimi öz gündəlik yaşamına davam etdiyindən bəhs edilib". Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir.

Məqalə müəllifi daha sonra yazır: "Məlumat üçün bildirək ki, Cavidan adlı iş adamı yalnız banklara borclu deyil. Sement monopolisti çoxsaylı iş adamlarına da borcludur və bu borcun toplam məbləği təxminən 30 milyon manatdır.

“Gəmiləriniz yoldadadır deyirdi, amma məlum oldu ki, “it də gedib, ip də gedib”

Xeyli müddətdir ki, sementin əsas qatqısı olan klinkerin ölkəyə gətirilməsi monopoliyasına əl qoyan, hər il İrandan onlarla gəmi həcmində qatqı materialı gətirən Cavidan, bir neçə ay öncə bütün iş adamlarını aldadaraq onların puluna əl qoymağa qərar verib. Bu məqsədlə Cavidan dünya bazarında klinker qıtlığının yarandığını, kim daha tez və daha çox pul verərsə, ilk olaraq məhz həmin adamların məhsulunu ölkəyə gətirəcəyini bildirib. Sahibkarlar arasında süni təlaş yaradan Cavidan, qısa müddətdə onlarla sahibkardan İrandan klinker gətirmək üçün milyonlarla manat məbləğində pul alıb. Lakin bu hadisənin üstündən aylar ötsə də, İrandan gətirilməli olan məhsul heç cür öz sahiblərinə gəlib çatmayıb. Hər dəfə dəyərini qabaqcadan ödədikləri məhsulun gəlib çatmadığını Cavidana yada salan sahibkarlar, bunun əvəzində ondan gəmilərin yolda olduğunu, tezlikə məhsulun onlara təhvil veriləcəyini eşidiblər. Lakin bir neçə həftə bundan öncə bəlli olub ki, ortada nə pul var, nə də məhsul. Başqa sözlə desək, “it də gedib, ip də gedib”.

“Mənə meymun dediyin bəs deyil, hələ bir əl də verirsən?”

İş adamlarını müflis edən Cavidan adlı şəxs yüksək çinli məmurlarla olan əlaqələrindən istifadə edərək pulunu tələb edən iş adamlarını şərləyərək onlardan əlavə vəsaitlər tələb edir. Cavidan adlı şəxs iddia edir ki, guya o sahibkarlara deyil, sahibkarlar ona borcludur və kim “borcunu” ödəməsə onunla bağlı əlaqədar instansiyalara müraciət edəcək. Bu yerdə “O olmasın, bu olsun” filmindən məşhur ifadə yada düşür: “Mənə meymun deiyin bəs deyil, hələ bir əl də verirsən?”
Cavidan adlı şəxsin bu özbaşınalığı onun kifayət qədər güclü simalar tərəfindən himayə olunduğunu göstərir ki, bu himayədarlardan biri nazir müavinidir.
Gələn yazımızda həmin şəxsin kimliyinə aydınlıq gətirməklə yanaşı, Cavidan adlı iş adamının padşahlara layiq cah-cəlallı həyatı haqqında maraqlı faktlara toxunacaq, onun digər qanunsuz əməllərindən söhbət açacağıq..."

BİZİ İZLƏMƏYƏ DAVAM EDİN...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.