Rusiya Ermənistanın siyasətini qiymətləndirdi: İrəvan Cənubi Qafqazı fəlakətə aparır

27-06-2024, 10:28           
Rusiya Ermənistanın siyasətini qiymətləndirdi: İrəvan Cənubi Qafqazı fəlakətə aparır
Rusiyanın populyar NEWS.ru portalı İrəvanın Cənubi Qafqaz siyasətinə Moskvanın baxışına dair material hazırlayıb.

Məqalədə Rusiya rəsmiləri və politoloqlarının mövzu ilə bağlı fikirləri yer alır.

Bildirilir ki, Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk bu yaxınlarda İrəvana xəbərdarlıq edib. O vurğulayıb ki, Ermənistan hakimiyyətinin qərbyönümlü siyasi vektoruna göz yummağı düzgün hesab etmir. Respublikanın Avropa İttifaqına daxil olmaq istəyindən danışan məmur qeyd edib ki, Aİ və Aİİ-yə üzvlük bir yerə sığmır.

Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov NEWS.ru ilə söhbətində deyib ki, Paşinyan Rusiyadan tamamilə üz döndərməzdən əvvəl Qərb tərəfdaşlarından "kağız üzərində təhlükəsizlik zəmanəti" almaq istəyir.

"Ümumiyyətlə, Ermənistan qərbliləri aldatmağa, Moskva ilə ciddi qarşıdurmaya getmək əvəzinə, bu qarşıdurmanı alver predmetinə çevirməyə hazırdır. Amma Ermənistanın baş nazirində heç nə alınmayacaq. Qərbə yüksək təcrübəli, imperialist qurdlar rəhbərlik edir", - Markov hesab edir.

O, Ermənistanı xarici qüvvələrin Cənubi Qafqaza nüfuz etməsinə kömək edən və regionun çiçəklənməsinə təhlükə yaradan troya atına bənzədir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru