LSE Qubad İbadoğlu ilə müqaviləsini 2026-cı ilə qədər uzatdı - PROFESSOR ÖLKƏNİ TƏRK EDƏ BİLƏCƏKMİ?

28-06-2024, 17:38           
LSE Qubad İbadoğlu ilə müqaviləsini 2026-cı ilə qədər uzatdı -
London İqtisadİ və Siyasi Elmlər Məktəbi (LSE) professor Qubad Ibadoğlu ilə müqaviləni 24 Avqust 2026-cı ilədək uzadıb.
Bu barədə Gununsesi.info-ya professorun qardaşı Qalib Toğrul deyib:
“Xatırladım ki, Qubad İbadoğlunun Drezden Texniki Universiteti ilə də müqaviləsi davam edir. Lakin o, süni məhdudiyyətlər səbəbindən nüfuzlu xarici universitetlərdəki pedaqoji fəaliyyətini davam etdirə bilmir”.
Qeyd edək ki, Qubad İbadoğlunun cinayət işi üzrə istintaq müddəti avqustun 20-dək uzadılıb, hazırda o, polis nəzarətindədir və ölkədən çıxışına qeyri-müəyyən müddətə qadağa qoyulub.
Onu da vurğulayaq ki, Qubad İbadoğlunun azadlığa buraxılmasını alqışlayan beynəlxalq ictimaiyyət Azərbaycan hökumətini onu üzərindəki ittihamları da götürməyə çağırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.